Tehranın Hörmüz planı: İllik 15 milyard dollar gəlir və

Tehranın Hörmüz planı: İllik 15 milyard dollar gəlir vəİran parlamenti Hörmüz boğazı üzərində suverenliyin gücləndirilməsi və keçid üçün rüsumların tətbiq edilməsinin ölkə iqtisadiyyatına gətirəcəyi dividentləri açıqlayıb. Qanunverici orqanın rəyasət heyətinin üzvü ISNA agentliyinə verdiyi açıqlamada, boğaz üzərində tam tənzimləyici nəzarətin bərqərar olmasının ölkəyə hər il 10-15 milyard dollar arasında əlavə gəlir qazandıra biləcəyini qeyd edib.
KONKRET.az xəbər verir ki, parlament üzvü bu strateji addımın əsas hədəfinin milli valyuta olan rialın möhkəmləndirilməsi olduğunu vurğulayıb. Məlumata görə, İran boğazdan keçən gəmilər üçün rüsumları məhz yerli valyuta — rial ilə toplamağı və ya rüsum sistemini rialın məzənnəsinə bağlamağı hədəfləyir. Bu isə beynəlxalq ticarətdə riala olan tələbatı süni şəkildə artıraraq, sanksiyaların təzyiqi altında olan valyutanın dəyərini qorumağa xidmət edəcək.
Tehran rəsmiləri bu təşəbbüsü "reketlik" və ya ticarətə maneə kimi deyil, beynəlxalq hüquq çərçivəsində "tənzimləyici rolun bərpası" kimi qələmə verirlər:
"İran Hörmüz boğazında maneələr yaratmaq və ya şantajla məşğul olmaq niyyətində deyil. Bizim məqsədimiz regionun təhlükəsizliyini təmin edən əsas güc kimi tranzit prosesini beynəlxalq normalara uyğun tənzimləmək və ölkəmizin coğrafi üstünlüyündən qanuni iqtisadi mənfəət əldə etməkdir."
Analitiklər qeyd edirlər ki, martın sonunda parlamentin təhlükəsizlik komissiyası tərəfindən bəyənilən bu "Rüsum Planı" faktiki olaraq ABŞ və İsrail gəmilərinin keçidini qadağan edir, digər ölkələrdən isə təhlükəsiz keçid üçün ödəniş tələb edir. Bəzi daha iddialı hesablamalara görə, əgər hər bir gəmidən təxminən 2 milyon dollar rüsum alınarsa, illik gəlir hətta 60-100 milyard dolları keçə bilər. Lakin parlamentin hazırkı 10-15 milyardlıq proqnozu daha real və icra edilə bilən hədəf kimi görünür.
Bu planın icrası dünya neft nəqlinin təxminən 20-30%-nin keçdiyi bu strateji su yolunda yeni bir hüquqi və iqtisadi dövrün başlanğıcı ola bilər. Lakin ABŞ və NATO-nun azad gəmiçilik prinsipini əsas gətirərək bu cür birtərəfli rüsumlara hərbi və diplomatik müqavimət göstərəcəyi qaçılmazdır.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 16 aprel 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiyadan Naxçıvanla bağlı yeni gözlənilməz addım – Mi-24 helikopterinin vurulması…

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin 9 noyabr 2020-ci ildə Naxçıvan istiqamətində vurulan Mi-24 helikopterinin həlak olmuş heyət üzvlərinin xatirəsini yad etməsi siyasi mesaj kimi qiymətləndirilir. Tədbirin məh

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananla

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

SEPAH-ın yeni raket şəhəri - Foto

SEPAH-ın yeni raket şəhəri təqdim olunub. KONKRET.azxəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Bildirilib ki, bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin yeni raket şəhər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind


yeni xeberler son xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne cəbhədən son xəbər xəbər az idman xeberleri