"Təhsil İşçilərinin Avropa Peşə - Təcrübə Proqramı"nın iştirakçıları İtaliyanın nüfuzlu məktəbində - FOTO

"Edu Time" Təhsil və İnkişaf Mərkəzinın təşkilatçılığı ilə "Təhsil İşçilərinin Avropa Peşə - Təcrübə Proqramı"na start verilib.
Proqram iştirakçıları tədbirin ilk günündə İtaliyanın ən nüfuzlu və qədimi məktəblərindən olan "San Leone Magno"nu ziyarət edib.
Məktəbin direktoru Matteo Mennini qonaqları salamlayaraq, məktəb haqda ətraflı məlumat verib. O bildirib ki, məktəbin əsası 1817-ci ildə Marist qardaşları tərəfindən qoyulub. 
Menninin sözlərinə görə, məktəbin əsas missiyası şagirdlərə qlobal düşünmək və yenliklərə uyğunlaşma qabiliyyəti yaratmaqdan ibarətdir. 
Məktəbin beynəlxalq əlaqələr üzrə direktoru Anna Plavsa "San Leone Magno"nun İtaliyada ən çox xarici şagird təhsil alan məktəblərdən olduğunu qeyd edib. 
Azərbaycanlı təhsil işçiləri onları maraqlandıran sualları məktəb rəhbərliyinə ünvanlayıb, eyni zamanda Azərbaycanda həyata keçirilən təhsil siyasəti haqda danışıb.
Daha sonra təhsil işçiləri məktəbin iş prinsipi ilə yaxından tanış olublar.
Sonda iştirakçılara beynəlxalq sertifikat verilib.
"Edutime"nim təşkilatçılığı ilə "Təhsil İşçilərinin Avropa Peşə - Təcrübə Proqramı" Avropanın nüfuzlu təhsil ocaqlarında baş tutur.
Qeyd edək ki, tədbir "Edutime" və "Mars Agency"nin təşkilatçılığı ilə baş tutub.
/ azxeber.com

Sosial       Tarix: 09 may 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər meherremlik 2026 cəbhədən görüntülər en yeni xeberler