Tələbə qızı oğurlayan şəxslə bağlı QƏRAR

Tələbə qızı oğurlayan şəxslə bağlı QƏRARSumqayıt Apellyasiya Məhkəməsində adam oğurluğunda Sadiq Nəbiyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər İsmayılovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə 1994-cü il təvəllüdlü Sadiq Nəbiyev evlənmək məqsədilə 30 oktyabr 2021-ci il tarixdə, saat 12:30-da Sumqayıt şəhər avtovağzalında etibarnamə əsasında idarə etdiyi mikroavtobusa sərnişin qismində əyləşmiş zərərçəkmiş Aminə Niyazovanı (şərti) yaşadığı Şamaxı rayonuna aparacağını yalan vəd verərək aldadıb Quba rayonuna aparıb.
Belə ki, o, Stansiya Sumqayıt qəsəbəsi ərazisində ailə üzvləri ilə əlaqə saxlamaq istəyən qızın "Samsung" markalı, "Galaxy A50" model mobil telefonu onun əlindən alıb sındıraraq yararsız vəziyyətə salıb. Bundan sonra Aminə təqsirləndirilən şəxsə müqavimət göstərərək mikroavtobusun açıq olan qapısından çıxıb oradan uzaqlaşmaq istəyib. Lakin Sadiq zərərçəkmiş şəxsi tutub saxlayaraq mikroavtobusun qapısını bağlayıb. Bu zaman qızın sağ ayağı qapı arasında qalıb. Nəticədə o, Aminəyə bədən xəsarəti yetirib.
Bundan başqa, Sadiq Nəbiyev zərərçəkmiş şəxsin həyat və sağlamlıq üçün təhlükəli fiziki zor tətbiq etmək hədəsi ilə qızı Quba rayonunun Yerfi kəndi ərazisinə aparıb. Həmin ərazidə 31 oktyabr 2021-ci il tarixdə, saat 08 radələrinədək idarə etdiyi mikroavtobusun içərisində saxlamaqla qanunsuz azadlığını məhdudlaşdırıb adam oğurluğu cinayəti törədib.
Xatırlatma: Aminə Niyazova Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

Hadisə       Tarix: 12 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberleri xəbərlər.com dunya xeberleri hava