Təqaüd və müavinətlərdə artım olacaq: 3 milyon şəxs əhatə olunacaq
Bir sıra təqaüd və müavinətlərin artırılması gözlənilir.
azxeber.com Xezerxeber.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev ötən il imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamda Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərin 3 ay müddətində hazırlanıb təqdim edilməsi tapşırılmışdı. Bu müddət mart ayının 23-də başa çatıb. Bəs görəsən, sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?
Millət vəkili Vüqar Bayramov bildirir ki, ölkə rəhbərliyi tərəfindən müvafiq sənəd imzalandıqdan sonra təqribən 3 milyon şəxsi əhatə edən sosial müavinətlər və təqaüdlərin artırılması həyata keçiriləcək.
İqtisadçı-ekspert Xalid Kərimli isə deyir ki, artımların nə qədər olacağı birbaşa hökumətin səlahiyyətində olan məsələdir. Artıq bunun üçün büdcədə artımlarla bağlı ehtiyatlar yaradılıb və artımların olacağı ilə bağlı cəmiyyətə mesajlar verilib.
İqtisadçı həmçinin bildirib ki, ölkədə minimum əmək haqqı və pensiyanın artım faizinə uyğun olaraq sosial müavinət və təqaüdlərdə artım olacağı gözlənilir. Bu rəqəm isə təqribən 10-15 faiz arasında dəyişə bilər.
İqtisadçı qeyd edib ki, dövlət büdcəsində 3 milyard manatdan çox profisitin yaranması, eyni zamanda, vergi ödəmələrinin 5,7 faizin üzərində olması sosial müavinət və təqaüdlərin artmasına zəmin yaradır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır