Tərəflər təmas xəttinə qoşun yığır, vəziyyət yenidən gərginləşir
Ukrayna silahlı qüvvələri ilə Donbass separatçıları arasında təmas xətti boyu vəziyyət yenidən gərginləşir, hər iki tərəf təmas xəttinə doğru zirehli texnika və canlı qüvvə cəmləşdirir. virtualaz.org xəbər verir ki, sosial şəbəkələrdə Ukrayna ordusunun ölkənin dərinliklərindən şərqinə doğru hərəkət edən hərbi karvanlarının videogörüntüləri yayılır, dəmir yol eşalonları və quru yolu ilə böyük sayda zirehli texnika, artilleriya və hərbi avtonəqliyyat vasitələri hərəkət edir.
O cümlədən Donetsk və Luqansk separatçıları öz tanklarını, ağır artilleriyasını ön xəttə doğru yenidən dislokasiya edir. Bir neçə gündür ki, tərəflər bir-birlərinin mövqelərinə artilleriyadan və minaatanlardan intensiv zərbələr endirirlər. Xəbər verildiyi kimi, Ukrayna ordusu ilk dəfə separatçıların artilleriya mövqeyinə "Bayraktar TB2" pilotsuz döyüş təyyarəsindən zərbə endirib, separatçılar isə dronlardan Ukrayna ordusunun mövqelərinə partlayıcı maddələr atırlar. Bir gün əvvəl isə Ukrayna ordusunun bölmələri Donetsk vilayətində neytral zonada yerləşən Staromarinka kəndini tutub.
"Moskovskiy Komsomolets" qəzeti Donbassda vəziyyətin yenidən gərginləşməsi mövzusu ilə bağlı hərbi ekspert Aleksandr Mixaylovski ilə söhbətləşib. Onun fikrincə, Ukrayna ordusu Azərbaycan ordusunun Qarabağdakı 44 günlük müharibə təcrübəsindən istifadə edərək Donbass üzərində nəzarəti geri qaytarmağa hazırlaşır. Və bu zaman "Bayraktar"ları geniş tətbiq etmək niyyətindədir.
"Qarabağdan sonra çoxları bu silahdan qorxur. Və düz edirlər. Haradasa yarım il əvvəl mən demişdim ki, Donetsk və Luqansk döyüşçüləri havaya tez-tez baxmalıdır. Çünki artıq o vaxt Ukrayna həmin PUA-ları poliqonlarda sınaqdan keçirirdi, operator heyətləri hazırlanırdı. İndi isə biz görürük ki, onlar hazırlıqlıdır və Ukraynanın əlində kifayət qədər PUA var. İkincisi, indi üzə çıxır ki, tanınmayan "respublikaların" hava hücumundan müdafiə sistemlərində "dəliklər" var və PUA-lar oradan maneəsiz keçə bilir. Lakin Ukrayna PUA-ları Qarabağda olduğu kimi arxayın uçmur, orada onlar təmas xəttindən xeyli dərinliklərdə erməni mövqelərini rahatca vururdu. Burada isə ehtiyatla hərəkət edirlər. Görünür, rəqibin imkanlarını öyrənirlər" - ekspert deyib.
A.Mixaylovski bildirir ki, Ukrayna silahlı qüvvələrinin strategiyası dəyişməyib - bir neçə zərbə ilə Donbass yaraqlılarının mövqelərini yarmaq, sonra onları sıxışdırmaq və Rusiya ilə sərhədə çıxmaq. Ardınca isə ardıcıl şəkildə onları əzmək. "Pilotsuz təyyarələr qarşısında bu vəzifə dayanır: zirehli tank birləşmələrinin yolunu açmaq və düşmənin hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq, bunun ardınca pilotlu aviasiyanı işə salmaq. Əgər Kiyev hücuma qərar versə məhz bu plan həyata keçiriləcək. Amma hələlik ola bilsin söhbət Ukrayna tərəfdən "əzələ oynatmaqdan" gedir. Bunu biz son illərdə bir neçə dəfə görmüşük" - o deyib. (virtualaz.org) /publika.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm