"Tərtər işi"ndə bəraət alan daha 2 hərbçiyə təzminat veriləcək

"Tərtər işi" üzrə bəraət almış daha iki hərbçiyə təzminat ödəniləcək.
azxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.
Məhkəmə bəraət alan Nasif Əliyev və Nicat Rzayevin iddialarını qismən təmin edib.
Qərara əsasən, Nicat Rzayevə mənəvi ziyana görə 66 min manat, maddi ziyana görə 58 min 849 manat təzminat kəsilib.
Nasif Əliyev yalnız maddi ziyanla bağlı iddia qaldırıb. Ona 70 min manat təzminat ödənilməsi qərara alınıb.
İddiaçılar dəymiş ziyana görə daha yüksək məbləğdə təzminat tələb etsə də, cavabdeh qismində tanınmış Maliyyə Nazirliyi tələbləri qəbul etmir. Etiraz belə əsaslandırılır ki, Maliyyə Nazirliyinin hərəkətləri nəticəsində iddiaçılar zərər çəkməyib. Bundan əvvəl üç bəraət almış hərbçiyə təzminat kəsilib, Maliyyə Nazirliyi həmin qərarlardan apellyasiya şikayəti verib.
Qeyd edək ki, leytenant Nasif Əliyev və gizir Nicat Rzayev 2017-ci ildə "Tərtər işi" ilə bağlı həbs olunublar. Dövlətə xəyanət və digər oxşar maddələrlə ittiham edilən hərbçilər 17 ildən 20 ilə kimi azadlıqdan məhrum ediliblər. Ötən ilin sonunda hər ikisi bəraət alıb.

Sosial       Tarix: 02 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezenesi en son xəbərlər bugün son xeber az bu gunun xeberleri haqqinda melumat