Təyyarə güclü şəkildə silkələndi, 35 nəfər yaralandı - TƏCİLİ ENİŞ
İspaniyadan Uruqvaya uçan təyyarənin turbulentlik səbəbindən Braziliyaya məcburi eniş etməsi nəticəsində 36 nəfər xəsarət alıb.
KONKRET.azxəbər verir ki, İspaniyadan Uruqvaya uçan təyyarə şiddətli turbulentlik yaşayıb. Ona görə də təyyarə Braziliyanın şimal-şərqindəki hava limanında təcili eniş" etməli olub. Sərnişin təyyarəsində 36 nəfər yaralanıb.
Təyyarə İspaniyanın "Air Europa" aviaşirkətinə məxsusdur.
Bəzi sərnişinlər salonda təşvişə düşüb və yaranan çaşqınlıq, silkələnmə nəticəsində baş, boyun və sinə nahiyəsindən xəsarət alanlar olub.
Yaralanan sərnişinlərə ilk tibbi yardım göstərilib. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib. Bəzi sərnişinlər isə şoka düşüb.
Səlahiyyətlilər xəstəxanaya yerləşdirilən 5 sərnişindən 4-nün reanimasiyada müalicəsinin davam etdiyini bildirib.
Yerli mətbuata açıqlama verən 2 sərnişin bildirib ki, turbulentlik zamanı 1 sərnişin oturacağından atılaraq təyyarənin tavanına çırpılıb və bu sərnişin yerə enənə qədər təyyarənin tavanında ilişib qalıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi