Tez hazırlanan sıyıq və pürelərin sağlamlığa TƏHLÜKƏSİ

Tez hazırlanan sıyıq və pürelərin sağlamlığa TƏHLÜKƏSİTez hazırlanan sıyıqlar diabet və aterosklerozun yaranmasına səbəb ola bilər.
KONKRET.az-ın oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı bioloq, Rusiya Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin dekan səlahiyyətlərinin icraçısı İrina Lyalina "News.ru"ya müsahibəsində danışıb.
Bioloqun sözlərinə görə, məhsul yüksək glisemik indeksə malikdir ki, bu da qanda şəkərin kəskin sıçrayışlarına və tədricən də insulin rezistentliyinə (insulinə müqavimət) gətirib çıxara bilər.
"Tez hazırlanan sıyıq və pürelər sağlamlığa, xüsusən də ürəyə mənfi təsir göstərə bilər. Tərkibindəki yüksək glisemik indeks zamanla insulin rezistentliyinə və 2-ci tip diabetə, pis xolesterinin səviyyəsinin artmasına və nəticədə ateroskleroz və hipertoniya riskinin yüksəlməsinə səbəb ola bilər", – deyə İrina Lyalina bildirib.
Mütəxəssis qeyd edib ki, bu cür məhsulların tərkibində çox miqdarda duz ola bilər və bu da bədəndə mayenin saxlanmasına, qan təzyiqinin artmasına səbəb olur, həmçinin ürəyə əlavə ağırlıq verir. Bu, Lyalinanın fikrincə, ürək-damar xəstəliklərinin inkişaf ehtimalını artırır.
"Həmçinin bəzi tez hazırlanan kartof pürelərinin tərkibində palma yağı və hidrogenləşdirilmiş yağlar var ki, bu da "pis" xolesterinin səviyyəsini yüksəldir və qan damarlarında iltihab və laxtalanma riskini artırır", – deyə bioloq vurğulayıb.

Sağlamlıq       Tarix: 03 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Qoşaçayda otuz şagird zəhərləndi

Bu gün Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərinin məktəblərindən birində otuz şagird zəhərlənib. KONKRET.azxəbər verir ki, bu haqda İran televizyası məlumat yayıb. Xəstəxanalara köçürülən şagirdlərin zəhərlənmə səbəb

Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?

Qazaxıstanda respublikanın ən yaşlı qadını Tuymequl Temirbayeva vəfat edib. Onun 116 yaşı var idi. KONKRET.azoxuaz-a istinadən bildirir ki, bu barədə "Kazinform" nəşri Ulıtau vilayətinin administrasiyasına istinadə

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Bu bağçanı bit basıb?

"Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib". KONKRET.azxəbə

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Pomidor alarkən diqqətli olun: Tərkibindəki maddələr sağlamlığa zərər verə bilər

Payız-qış aylarında bazarlarda satılan pomidor və digər tərəvəzlərin təhlükəsizliyi yenidən müzakirə mövzusuna çevrilib. Mövsümdənkənar yetişdirilən məhsulların istehsalı zamanı istixanalarda kimyəvi gübrələrdən, pestisidlərdə

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler xeber son xabar kriminal xeberler