Tez-tez əl yumaq zərərlidir? - Mütəxəssis AÇIQLADI
"Virusların yayılmasına qarşı mübarizədə əsas vasitə olan əl yumaq da zərərli ola bilər. Bəzi hallarda gigiyena qaydalarının tərsi əks nəticə verə bilər".
Milli.Az xəbər verir ki, bunu allerqoloq-immunoloq həkim Aleksey Bessmertnı Sputnik radiosuna müsahibəsində söyləyib.
"Sözsüz ki, şəxsi gigiyenasına laqeyd yanaşan insanlarda virus və xəstəliklər tez yayılır.
Bu səbəbdən bütün həkimlər yeməkdən əvvəl əlləri yumağı və tez-tez duş qəbul etməyi məsləhət görür. Əlbəttə ki, bu xəstəliklərdən tam qorumur, lakin bir çox xoşagəlməz halların qarşısını ala bilir. Lakin əllərin tez-tez yumağın da zərərli tərəfləri var",- deyə o, qeyd edib.
Bessmertnı gündə 6-8 dəfədən çox əlləri yumaq dərinin qurumasına və zədələnməsinə səbəb olduğunu bidirib. Bu zaman infeksiyalardan qoruyan faydalı bakteriyalardan ibarət qoruyucu qat da yuyulur.
Bundan başqa həkim antiseptik vasitələr və nəm salfetlər infeksiyanın daha da yayılmasına səbəb ola biləcəyini vurğulayıb. (ölkə.az)
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ