"The Washington Post": "FTB Trampın evində nüvə silahı ilə bağlı sənədləri axtarırdı"
"FTB agentlərinin keçmiş prezident Donald Trampın Florida iqamətgahında axtardıqları əşyalar arasında nüvə silahlarına aid məxfi sənədlər də olub".
KONKRET.az xəbər verir ki, bunu "The Washington Post" nəşri istintaqla tanış olan mənbələrə istinadən yazıb.
Nəşrin həmsöhbətləri axtarılan sənədlərin məzmunu ilə bağlı heç bir təfərrüat verməyiblər.
Qeyd edək ki, bazar ertəsi axşam Tramp Florida ştatındakı "Mar-a-Laqo" malikanəsində FTB agentləri tərəfindən axtarış aparıldığını və ABŞ-ın hazırkı lideri Co Baydenin bu axtarışdan əvvəldən xəbəri olduğunu deyib.
Bir sıra media orqanları axtarışın Trampın vəzifədən getdikdən sonra Ağ Ev sənədlərini mənimsəməsi ilə bağlı olduğunu bildirib.
Tramp tərəfdarları isə bu araşdırmanın siyasi motivli olduğuna inanırlar. Onlar iddia edir ki, burada məqsəd eks-prezidentin 2024-cü il seçkilərində iştirakının qarşısını almaqdır.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR