"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi
"TikTok" sosial şəbəkəsində canlı yayım zamanı "AS Hüquq" şirkətinin direktoru Aysel Süleymanovanı söyən şəxs həbs edilib.
KONKRET.azxəbər verir ki, Aysel Süleymanova rəhbəri olduğu şirkət adından "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq hüquqi məsələhtlər verib.
1986-cı ildə Hacıqabul rayonunda anadan olmuş M.B. canlı yayım zamanı Aysel Süleymanovaya SMS yazaraq, sual ünvanlayıb. Hüquqşünas ona gec cavab verdiyi üçün M.B. onu söyərək, təhqir edib.
"AS Hüquq" şirkətinin direktorunun şikayəti əsasında M.B. avqust ayının 28-də saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün məhkəməyə göndərilib.
Təqsirləndirilən şəxs məhkəmədə Aysel Süleymanovanın da ona qarşılıq verərək, söyüş söydüyünü bildirib və barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə M.B. 10 gün müddətinə həbs olunub.//Qaynarinfo
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi