Tofiq Zülfüqarov: "Ermənistan dağılan ordusunu bərpa etmək istəyir"
Reallıqla barışmayan Ermənistanın ziddiyətli siyasəti Cənubi Qafqazda sülhü sual altına alır. Bir-birinə zidd bəyənatlar verildikcə məsələ daha da dalana dirənir. Bu günlər Fransanın Ermənistana silah satması, ardınca müxtəlif illərdə ehtiyata buraxılan hərbiçilərin təlimlərə cəlb olunması da, qonşumuzun pis niyyətindən xəbər verir.
Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin yaydığı bu xəbərə parlamentin müxalifətdən olan deputatı Aram Torosyan son 3-4 ildə tərxis edilənlərin təlimlərə cəlb edilməsini başa düşmədiyini deyib:
"3 il əvvəl xidmət keçənlər hələ də normal formadadırlar. Onların təlim-məşqlərə cəlb olunması üçün heç bir əsas yoxdur".
"Ermənistanın yeni təlimlər keçirməsi siyasi manipulyasiyadan başqa bir şey deyi".
Bunu KONKRET.az-ın suallarını cavablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
"Təlimlərdir də, nə olacaq. Bütün zamanlarda təlimlər hərbi hazırlığı artırmaq üçün vasitə hesab edilib. İndi də Ermənistan dağılan ordusunu bərpa etmək üçün bu vasitədən istifadə edir. Narahat olmağa dəyməz ", – deyə Tofiq Zülfüqarov bildirib.
Vəli Həsənov,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi