Tokayevin Azərbaycana səfəri ölkəmizə nə vəd edir? - 'İki ölkə arasındakı münasibətlərdə yeni səhifə açılacaq

Tokayevin Azərbaycana səfəri ölkəmizə nə vəd edir? - 'İki ölkə arasındakı münasibətlərdə yeni səhifə açılacaqXəbər verdiyimiz kimi, martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana işgüzar səfər gəlib.
Qazaxıstan Respublikasının Prezidentini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.
Bu gün isə hər iki dövlət başçısı işğaldan azad edilmiş ərazilərə - Füzuliyə, daha sonra isə Şuşaya səfər ediblər.
Dövlət başçısı İlham Əliyevin Qazaxıstan Prezidentiylə görüşü və iki dövlət arasındakı fəal diplomatik əlaqələrin nəticəsi nəyi göstərir?
Sözügedən görüş dünyaya hansı anonsu verdi?
Məsələ ilə əlaqədar azxeber.com-a danışan Milli Məclisin deputatı Azru Nağıyev bildirib ki, Qazaxıstan Böyük Vətən Müharibəsində Azərbaycana çox ciddi mənəvi, ideoloji dəstək olan qardaş dövlətlərdəndir:
Tokayevin Azərbaycana səfəri ölkəmizə nə vəd edir? - 'İki ölkə arasındakı münasibətlərdə yeni səhifə açılacaq"Məlumdur ki, Qazaxıstan Azərbaycanla çox mühüm strateji əhəmiyyətli tərəfdaş olan qardaş dövlətdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşü və bu görüşün nəticəsi olaraq çox vacib sənədlərin imzalanması bir daha bizim həqiqətən də dost, qardaş dövlət olduğumuzu göstərdi. Həmçinin Böyük Vətən Müharibəsində Azərbaycana çox ciddi mənəvi, ideoloji dəstəyi olan dövlətlərdən biri idi. İşğaldan azad olunmuş ərazilərdə uşaq mərkəzinin yaradılması təşəbbüsünün məhz Qazaxıstan tərəfindən təklif olunması çox mühüm əhəmiyyət kəsb edir".
Deputat əlavə edib ki, hər iki ölkənin müsbət inkişaf dinamikasında dövlət şaçılarının xüsusi rolu var:
"İqtisadi məsələlərə gələndə isə Trans-Xəzər nəqliyyat dəhlizinin Qazaxıstan və Azərbaycanla birgə həyata keçirilməsi məsələsi gündəmdədir. Təbii ki, bizim qarşılıqlı fəaliyyətimiz var. Yüzlərlə Azərbaycan şirkəti Qazaxıstanda fəaliyyət göstərir. Qazaxıstan zəngin təbii ehtiyatlara malik olan bir dövlətdir. Bu dövlətdə də Azərbaycanın iqtisadi fəaliyyətinə böyük imkan var və bu istiqamətdə çox strateji addımlar atılır. Bir sözlə, hər iki ölkə arasındakı dostluq münasibətləri davam etdiriləcəkdir. Bu əlaqələrin həm iqtisadi, həm siyasi, həm də digər istiqamətlərdə inkişafı Azərbaycanın müstəqil xarici və daxili siyasətinin təzahürüdür. Düşünürəm ki, bu proseslərdə hər iki dövlətin başçısının bir-birinə olan dostluq münasibətinin də öz rolu var".
Qazaxıstan Prezidentinin Azərbaycana səfərini azxeber.com-a şərh edən politoloq İlyas Hüseynov söyləyib ki, Tokayevin Azərbaycana gəlməsi hər iki ölkə arasında möhkəm və sıx əlaqələrin formalaşdığının göstəricisidir:
Tokayevin Azərbaycana səfəri ölkəmizə nə vəd edir? - 'İki ölkə arasındakı münasibətlərdə yeni səhifə açılacaq"Azərbaycan və Qazaxıstan arasında çox sıx və möhkəm münasibətlər mövcuddur və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana gəlməsi də bunu göstərir. Xüsusən də Vətən Müharibəsindən sonra Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı bir qədər də genişlənib, perspektivlər formalaşıb. Mərkəzi Asiya ölkələri yeni geosiyasi reallıqlar kontekstində Qərbə çıxış imkanı əldə edirlər. Orta Dəhliz, Trans-Xəzər boru kəməri, Zəngəzur dəhlizi hazırda müazakirə edilən layihələrdir. Enerji eləcə də nəqliyyat daşıyıcılığında Azərbaycanla Qazaxıstan arasında strateji münasibətlər formalaşıb".
Siyasi şərhçi açıqlamasında qeyd edib ki, Qazaxıstan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını dilə gətirərək buna tərəfdar çıxıb. 
"Xüsusilə vurğulamaq lazımdır ki, yeni geosiyasi reallıqlar kontekstində Qazaxıstan Azərbaycanın yenidənqurma və bərpa işlərinə böyük önəm verir. Bu xüsusda Qarabağda, Füzulidə Qurbanqazı adına uşaq yaradıcılıq və inkişaf mərkəzi də vurğulanmalıdır. Çünki Qazaxıstan Prezidentinin bundan öncə səfəri zamanı bu yaradıcılıq mərkəzinin təməli qoyuldu. Artıq budəfəki səfər çərçivəsində buranın açılşı baş tutdu. Bu da Qazaxıstanın Azərbaycana qələbə müstəvisində verdiyi bir töhfədir. Yaddan çıxartmayaq ki, Qazaxıstan həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını dəfələrlə söyləyib və buna tərəfdar çıxıb. Bütün bunlara görə də biz Qazaxıstan dövlətinin liderinə və xalqına öz minnətdarlığımızı bildiririk. Ümid edirəm ki, bu səfər ikitərəfli siyasi gündəliyin daha da genişlənməsinə və dərinləşməsinə səbəb olacaq. Ümumilikdə, iqtisadi və ticari sahədə də münasibətlərin inkişaf etdirilməsi üçün çox yaxşı potensial var. Bu səfər həm də iki ölkə arasındakı münasibətlər çərçivəsində yeni səhifənin açılmasına əhəmiyyət yaradacaq".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Tokayevin Azərbaycana səfəri ölkəmizə nə vəd edir? - 'İki ölkə arasındakı münasibətlərdə yeni səhifə açılacaq

Siyasi       Tarix: 12 mart 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


yeni xeberler son xeberler azerbaycan xeberleri enson xeberler cəbhədən canlı şou biznes xəbərləri son.xeber