Tokio-2020: Azərbaycan medal sıralamasında yeddinci pilləyə yüksəldi
Avqustun 28-də - "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarının dördüncü günündə 61 ölkənin idmançıları medal qazanıblar.
Publika.az xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 30 qızıl, 21 gümüş və 26 bürünc medal qazanıblar. İkinci pillədə 16 qızıl, 12 gümüş və 15 bürünc medalla Böyük Britaniya təmsilçiləri, üçüncü yerdə isə 13 qızıl, 7 gümüş və 20 bürünc medalla Rusiya Paralimpiya Komitəsinin atletləri qərarlaşıblar.
ABŞ 11 qızıl, 7 gümüş, 4 bürünc medalla dördüncü, Ukrayna 8 qızıl, 17 gümüş, 9 bürünc mükafatla beşinci, Avstraliya isə 7 qızıl, 9 gümüş və 11 bürünc medalla altıncıdır. Hesabında 7 qızıl və 2 bürünc medal olan Azərbaycan yeddinci pillədə yer alıb. Digər pillələrdə Braziliya (6-5-12), Niderland (6-5-5) və İtaliya (5-7-6) qərarlaşıblar.
Azərbaycan komandasının aktivində 9 medal var. Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, "Tokio-2020"də ölkəmiz idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil olunur. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
Turlar.az [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı