Tokio-2020 Yay Olimpiya Oyunlarında millimizin 2 bayraqdarı olacaq
Beynəlxalq Olimpiya Komitəsinin icrayyə komissiyasının Tokio-2020 Yay Olimpiya Oyunlarının açılışında hər ölkədən 2 bayraqdarın olması haqda qərar verib.
Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu qərar müsbət qiymətləndirib.
Bu haqda Beynəlxalq Olimpiya Komitəsinin İcrayyə Komissiyasının qərarını şərh edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib. Beynəlxalq Olimpiya Komitəsi gender bərabərliyinin tənzimlənməsi məqsədilə Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində kişi və qadın bayraqdarın olmasının vacibliyini vurğulayıb və bu məqsədlə Milli Olimpiya Komitələrinə müraciət edib. Çingiz Hüseynzadənin sözlərinə görə, Olimpiya oyunlarında bayraqdar statusu qazanmaq idmançılar üçün çox əhəmiyyətlidir. Beynəlxalq Olimpiya Komitəsinin bu tarixi qərarını dəstəkləyən Azərbaycan, Yay Olimpiya Oyunlarında ölkənin ilk qadın bayraqdarının seçilməsinə xüsusi həssaslıqla yanaşacaq.
Qeyd edək ki, Olimpiya tarixində Nazim Hüseynov, Nizami Paşayev, Fərid Mansurov, Elnur Məmmədli, Teymur Məmmədov, Sergey Rılov, İqor Lukanin və başqa nüfuzlu idmançılar bayraqdar olaraq açılış mərasimlərində Azərbaycanı təmsil ediblər.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır