Tokio Olimpiadası bu tədbirlərlə başa çatacaq
Tokio Olimpiya Oyunları avqustun 8-nə planlaşdırılan bir sıra tədbirlərlə başa çatacaq.
Publika.az xəbər verir ki, həmin gün səhər Sapporoda kişilər arasında marafon yarışı keçiriləcək. Qaçışçılar Sapporonun "Odori" parkında başlayacaq və yekunlaşacaq marşrut üzrə yarışacaqlar.
Qadınlar arasında basketbol üzrə final oyunu ABŞ və Yaponiya komandaları arasında keçiriləcək. Yaponiya komandası ilk dəfədir ki, bu yarışların final mərhələsinə adlaya bilib. ABŞ komandası isə artıq yeddinci dəfədir ki, Olimpiya Oyunlarında qızıl medallar uğrunda mübarizə aparacaq.
Bazar günü, həmçinin velotrek və bədii gimnastika üzrə yarışlara yekun vurulacaq.
Tokio XXXII Yay Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi yerli vaxtla saat 20:00-da Milli Olimpiya stadionunda keçiriləcək.
"Bizim bölüşdüyümüz dünya" adlı mərasimin təşkilatçıları insanların koronavirus pandemiyasına görə qapalı mühitdə yaşamaq məcburiyyətində qalmasına baxmayaraq, eyni hissləri yaşadığını bir daha nümayiş etdirməyə çalışacaqlar.
Həmçinin bildirilir ki, təşkilatçıların qənaətinə görə bağlanış mərasimi, eyni zamanda tezliklə başlayacaq Paralimpiya Oyunlarının startına çevriləcək.
Bağlanış mərasimin ən parlaq anlarından birinin isə Olimpiya estafetinin "Tokio-2020"dən "Paris-2024"ə ötürülməsi olacaq.
Tokionun qubernatoru xanım Koike Yuriko Olimpiya bayrağını Parisin meri Ann İdalqoya təhvil verəcək.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti