Tolik Teymur Əmrahı tənqid etdi: 'Sənətdəki hörmətinizi bu fikirlərlə yox etməyin
"Teymur Əmrahı beş yaşımdan tanıyıram. Bu gün onun sözünün heç bir dəyəri yoxdur. Pedaqoq kimi gözəl insansınız".
azxeber.com xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev (Tolik) "Tarixin bir günü" verilişində deyib.
O, Əməkdar artist Teymur Əmrahın son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan və bəzi müğənnilərin iradlarına səbəb olan Şəbnəm Tovuzlu, Zeynəb Həsəni, Damla, Manaf Ağayevin ifasını tərifləməsinə münasibət bildirib:
"Nadir Qafarzadənin sözündə böyük haqiqət var. Orada söhbət nə Şəbnəm, nə Damla, nə də Manafdan gedir. Söhbət illər əvvəl "mədənniyyətimizə ləkə vuran" deyərək efirdə bağırmağınızdan gedir. Bu da efirimizin ən böyük problemidir. 3-5 musiqi termini öyrənib və çıxıb efirdə "Bu səslər soprano və sairə..." deməklə deyil.
Teymur bəy, son 5 ildə sizin bir dənə də olsun tələbənizi görmədim. Ən son tələbələriniz Elton Hüseynəliyev, Ayaz Qasımovdur. Nadir demək istəyir ki, sənətkar satılmamalıdır. Bu gün kimsə deyə bilər ki, mərhum İlhamə Quliyeva kimdənsə hədiyyə alıb. Onun sözü keçərli idi. Onun sözünün üstünə heç kim söz qoya bilmirdi. Bu gün də onun yeri bəllidir.
Sizdən xahiş edirəm, illərlə saxladığınız sənətdəki hörmətinizi bu fikirlərlə yox etməyin. Siz Azər Zeynalovu, Aygün Bayaramovanı kimlərlə müqayisə edə bilərsiniz? Ən azı o 20 dəfə "Leyli və Məcnun" tamaşasında "Leyli"ni canlandırıb. Bu gün hər yerindən duran deyir ki, mən muğam oxuyuram. Amma biri də nə təsnif, nə də qəzəl bilir. Bu ölkədə etalon Xalq artisti Zeynəb Xanlarova, Flora Kərimova, Alim Qasımov, Arif Babayevdir".
Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var