Toral Bayramov "Bursaspor"a transfer oldu - RƏSMİ
"Qarabağ"ın futbolçusu Toral Bayramov karyerasını Türkiyədə davam etdirəcək.
KONKRET.az xəbər verir ki, o, "Bursaspor"a transfer olunub.
Bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
"Köhlən atlar"ın paylaşımı belə olub:
"Qardaş Türkiyənin köklü klublarından olan "Bursaspor"un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb.
"Qarabağ" FK futbolçumuz Toral Bayramovun transferi ilə bağlı "Bursaspor" klubunun təklifini müsbət cavablandırıb.
Klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub.
2020-ci ildən əsas komandamızda çıxış edən Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, komandamızla 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.
Toral Bayramova klubumuzdakı çıxışı dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, legioner karyerasında uğurlar arzulayırıq".

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA