Torpaq almaq istəyənlərə XƏBƏRDARLIQ

Torpaq almaq istəyənlərə XƏBƏRDARLIQ"Bəzən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə cəhd edilir. Bu halda inşa edilən ev özbaşına tikinti sayılır və həmin fərdi yaşayış evinin mülkiyyət hüququ verən çıxarışla təmin edilməsi mümkün olmur. Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alarkən həmin torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsi müəyyən edilməlidir"​.
azxeber.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilib.
Bildirilib ki, torpaq sahəsi üzərində hüquqlar dövlət reyestrində qeydiyyatdan keçməyibsə və hüquqlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməyibsə, həmin torpaq sahəsinin notarial qaydada alqı-satqısı mümkün deyil.
"Həmçinin, torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına və təyinatının isə həyətyanı məqsədlər üçün nəzərdə tutulan torpaq sahələrinə aid olub-olmaması aydınlaşdırılmalıdır.
Ətraflı
Vətəndaşlar mülkiyyətində olan torpaq sahələrində fərdi yaşayış evinin tikintisinə başlamamışdan öncə tikiləcək fərdi yaşayış evinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanmasını təmin etməlidir. Qeyd edək ki, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planını yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) alan hüquqi və ya fiziki şəxslər həyata keçirə bilərlər.
Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir.
Dövlət Xidmətinin məlumatına görə, müvafiq tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti yerli icra hakimiyyəti orqanına təqdim olunur.
10 gün müddətində layihəyə dair irad təqdim edilmədikdə, tikinti işlərinə başlanıla bilər", - məlumatda qeyd olunub.

Sosial       Tarix: 23 noyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat


son xeberler yeni xeberler azerbaycan xeberleri sosial yardim cəbhədən şad xəbər en son xeberler bu gun hava