Tovuzda 25 yaşlı gənci qətlə yetirən, meyiti ferma ilə birlikdə yandıran şəxs çoban olub - YENİLƏNİB
Tovuz rayonu Aşağı Öysüzlü kəndində törədilən qətlin bəzi təfərrüatları məlum olub.
KONKRET.az xəbər verir ki, dünən axşam saatlarında Tovuz rayonu Aşağı Öysüzlü kəndində, "Ağ dağ" deyilən ərazidə yerləşən fermaların birində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nicat Habil oğlu Məmmədov ferma sahibinin oğlu olub.
Hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Eldar İbrahimov isə orada çobanlıqla məşğul olub.
Hadisəni Nicat Məmmədovun olduğu otaqda baş verdiyi bildirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs daha sonra fermanı yandırıb.
Qeyd edək ki, mərhumun atası qəssablıq və heyvandarlıqla məşğuldur.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
09:14
Tovuzun Aşağı Öysüzlü kəndində 25 yaşlı gənc qətlə yetirilərək meyiti yandırılıb.
Bu barədə KONKRET.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Noyabrın 18-i gecə saatlarında kənddə yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisəsi yerinə gələrək, müvafiq tədbirlər həyata keçirib. Yanğının qarşısı alınaraq söndürülən zaman hadisə yerindən bir nəfər şəxsin yanmış meyiti aşkarlanıb. Polis və prokurorluq əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində meyitin Aşağı Öysüzlü kənd sakini, 1998-ci il təvəllüdlü Nicat Məmmədova məxsus olması müəyyən edilib.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N.Məmmədovu şəxsi münasibətlər zəminində küt alətlə qətlə yetirərək, daha sonra izləri itirmək məqsədilə fermanı yandırmaqda şübhəli bilinən rayon sakini, 1988-ci il təvəllüdlü Eldar İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi