Tovuzun Alakol kəndinin sakinləri elektrik xətlərinin bərpasını istəyir
Tovuzu rayonunun Alakol kəndində elektrik enerjisi ilə bağlı sakinlər çətinlik çəkir. Sakinlərin sözlərinə görə, elektrik naqillərinin köhnə və qəzalı vəziyyətdə olması səbəbindən enerjinin verilişində fasilələr yaranır. Sakinlərin şikayəti ilə bağlı sosial şəbəkələrdə də məlumat yayılıb.
Sakinlər azxeber.com-a bildirib ki, Alakol kəndində dirəklərdəki hörümçək torunu xatırladan qarışıq, səliqəsiz çəkilən naqillər, baxımsız və köhnə transformator tez-tez onları işıqsız qoyur. Bir az hava küləkli olduqda isə sakinlər daha çox - saatlarla işıqsız qalır. Həyətlərdəki ağacların arasından keçən naqillər, calaq və yararsız olması bu cür fasilələrin yaranmasına şərait yaradan amillərdir. "Problem elektrik dirəkləri və naqillərdədir. Naqillərin çoxu calaq halındadır. Çox uzun illər əvvəl çəkilən xətlərdir", -deyə Alakol kənd sakini Arif Saatov bildirib.
Alakol sakini Əntiqə Əliyeva da kənddə işıqların tez-tez söndüyünü deyib: "Elektrik dirəklərinin bəzilərini kəndin bir hissəsində dəyişsələr də, digər hissəsi köhnədən qurulandır. Onlar da təhlükəlidir".
Reportaj hazırlanarkən yerli elektrik şəbəkəsinin qəza briqadası əraziyə gəlib. Şifahi olaraq bildirilib ki, sayğaclar və naqillər dəyişdiriləcək.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi