Toya gedən qonşusunun evinə girdi, qan töküldü
Bakıda oğurluğa cəhd hadisəsinin təfərrüatı məlum olub.
azxeber.com Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
Mühafizə olunan evlərdən birindən oğurluğa cəhd edilməsi barədə polisə siqnal daxil olub. Məlumat əsasında Rayon Mühafizə Polis İdarəsinin əməkdaşları əraziyə yollanıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən E.Hüseynzadə saxlanılıb.
Məlum olub ki, E.Hüseynzadə oğurluq etmək istədiyi ev sahibinin qonşusudur. Həmin gün də ev sahibi toyda olacaqmış. Bunu bilən E.Hüseynzadə əvvəldən qurduğu plan əsasında tamah məqsədilə qonşusunun evinə girib. Burada o, evdə işləyən usta ilə qarşılaşıb və əlbəyaxa olub. Yerdən götürdüyü küt alətlə ustanın əlini yaralayıb.
Polislərin gəldiyini görən E.Hüseynzadə dərhal öz evinə qaçaraq, zirzəmidə gizlənməyə çalışıb. Lakin o, saxlanılaraq, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə təhvil verilib.
Araşdırmalar davam etdirilir.

Azər Türk Bank dayanıqlı bankçılıq sahəsində beynəlxalq mükafata layiq görüldü
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurdu
Türkiyə millisində ilk: Arda Gülər tarixə düşdü
Montella: Bu qələbəni qazanmaq çox vacib idi
Futbol üzrə növbəti dünya çempionatı Azərbaycanda keçiriləcək
DÇ-2026: Türkiyə son oyununa çıxır
Gələn həftə AB ilə bu xəbəri elan edəcəyik - Paşinyan
Ermənistan parlamentinin yeni sədri o olacaq
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO
Yaponiya və Venesuelada güclü zəlzələ oldu, Venesuelada fövqəladə vəziyyət elan edildi
Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı
Mi-2 helikopteri qəzaya uğrayıb: Pilot həlak oldu - Rusiyada
Bakıda "Rənc Rover" ağır qəza törətdi: ölən var