Toyda nişanlısı ilə yeyib-içən gənc döyüldü

Toyda nişanlısı ilə yeyib-içən gənc döyüldüSumqayıt şəhərində restoranda dava olub.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən "Xarı bülbül" restoranında keçirilən toy məclisində baş verib.
Məclisdə Vasif adlı şəxs özünün 2004-cü il təvəllüdlü Murad Məstalıyev və Sənan Şahməmmədov tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.
Müraciət üzrə təhqiqatçılar araşdırma aparıb. Araşdırma zamanı hər iki şəxsin izahatı alınıb, iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilib. Zərərçəkmiş şəxsin bədəni üzərində dərəcəsi təyin edilməyən xəsarətlər aşkarlanıb. Təqsirkar şəxslərə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham verilib.
İş üzrə izahat verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası və atası ilə "Xarı bülbül" restoranında keçirilən toy məclisində iştirak edib:
"Dayım oğlu Sənan və arvadı da toydaydı. Onların masasının qonşuluğunda sonradan adını bildiyim Vasif və nişanlısı da əyləşmişdi. Həmin şəxslər araq içib, özlərini normal aparmırdılar. İçkili halda nalayiq ifadələr işlədir, qeyri-etik hərəkətlərə yol verirdilər.
Vasifə yaxınlaşaraq toyda bizim ailə üzvlərimizin də olduğunu dedim, özünü normal aparmasını xahiş etdim. Amma o, dediklərimizə məhəl qoymadı. Buna görə Sənanla birlikdə Vasifi foyeyə dəvət etdik. Vasif pilləkənə çatanda onu itələdim, əlbəyaxa olduq. Yumruqla üzünə bir zərbə endirdim. Toyda olanlar bizi ayırdılar".
Murad ifadəsində əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışığa cəhd etsə də, barışığın alınmadığını bildirib.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vasifin sözlərinə görə, nişanlısı ilə "Xarı bülbül" restoranında Taleh Salmanovun toy məclisində iştirak ediblər:
"Toyda içki içdim. Lakin heç bir qeyri-etik hərəkətə yol vermədim. Rəqs edərkən iki nəfər tanımadığım şəxs məni foyeyə çağırdı. Foyedə onlar yumruq-təpiklə məni vurmağa başladılar".
Zərərçəkmiş qeyd edib ki, hadisədən sonra bir müddət özündə olmadığı üçün daha sonra nə baş verdiyini xatırlamır:
"Məni döyənlərdən şikayət etmişəm. Onlardan şikayətçiyəm".
Bu işə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Murad 300 manat miqdarında cərimə olunub.
Digər təqsirli bilinən Sənan barəsində də inzibati qaydada tədbir görüləcəyi gözlənilir.

Hadisə       Tarix: 07 iyun 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib. bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məluma

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində


son xeberler yeni xeberler azerbaycan xeberleri qarabag cəbhədən xəbər xabarlar cəbhədən xəbərlər