Toylarda düşən davaların əsas səbəbi bu imiş - AÇIQLAMA

Toylarda düşən davaların əsas səbəbi bu imiş - AÇIQLAMAÖtən gün Bakıda bıçaqlanma hadisəsi olub. Hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında baş verib. Burada keçirilən toy məclisində 31 yaşlı Alışov Əmrah Kalam oğlu mübahisə zamanı 32 yaşlı Əsgərov Rəvan Həmidulla oğlunu bıçaqlayıb.
Ümumiyyətlə, toylarımızda dava, qan düşməsi ta qədimdən olub, bu gün də var. Toyda davalar müxtəlif səbəblərdən düşür. Kimisi spirtli içki içir və ağlı başından çıxır, kimisi mahnı üstündə mübahisə edir və s. Hər nədən olur olsun reallıq budur ki, insanların, xeyir işində narahatlıq, həyəcan yaşanır, qan düşür, bəzən toy yarımçıq da saxlanılır.
azxeber.com-un məlumatına görə, mövzu ilə bağlı "yenisabah.az"a danışan müğənni Xuraman Şuşalı bildirib ki, bu tip insanlar nevroloji baxımdan problemi olan və içkiyə daha çox meyilli olan insanlardır:
"Əlbəttə ki, bu məsələnin spirtli içkilərlə əlaqəsi çoxdur. Düzdür, elə insan var ki, içki içsə də, bu, ona pis təsir etmir, özünü normal apara bilir. Lakin bu hər kəsə aid deyil, elə insanlar var ki, spirtli içki qəbul etdikdə kontrolu itirirlər. Hər bir halda, içki haramdır, o, beyinə gedən siqnalı dayandırır. Elə insanlar var ki, içki içəndə heç anasını, bacısını da tanımır, vurub atasını, anasını öldürür. O qədər belə cinayətlər eşitmişik ki, insan içib anasını bıçaqlayıb, atasını güllələyib və s. Ona görə, Allah bunu haram buyurub.
Toylarda düşən davaların əsas səbəbi spirtli içkidir. Bundan əlavə, psixoloji problemi olanlar da belə hərəkətlər edirlər, insanların məclisinə dava salırlar".
Onun sözlərinə görə, həm toy sahibi, həm də toyu idarə "tamada" bu cür insanların öhdəsindən gəlməyi bacarmalıdır:
"Bəzən toyu idarə edənlər də bu cür insanların öhdəsindən gələ bilmirlər. Mən özüm də belə hadisənin dəfələrlə şahidi olmuşam. Əgər toyda içkili, qanqaraçılıq salmağa meylli adam varsa, gərək ev sahibi onu idarə etsin. Əgər həmin adam özünü kontrol edə bilmirsə, ev sahibi onu məclisdən uzaqlaşdırmalıdır.
Belə şəxslərin dava salmasının qarşısını almaq toyu idarə edəndən də asılıdır, çalışıb hər cür situasiyada məclisi idarə etməyi bacarmalısan. Çox vaxt belə davalar mahnı üstündə düşür. Gəlib mahnı sifariş verirlər, sifariş yerinə yetirilməyəndə, yaxud gecikdiriləndə dava salırlar. Ona görə çalışıb onun istəklərini qabağa salmalısan ki, qanqaraçılıq düşməsin. Müğənni olmaq, məclis aparmaq heç də kənardan göründüyü qədər asan deyil, sən içkili insanı da, ayıq insanı da, əsəbi insanı da razı salmağa çalışırsan. Allah hamımıza ruzi-bərəkət versin, işini rahatlaşdırsın ki, heç kəs başqasının məclisini korlamasın.
Fikrimcə, ev sahibləri bu cür adamları çalışıb məclisə dəvət etməməlidir. Hər nəsildə belə - özünü idarə edə bilməyən, içki içəndə başqa birinə çevrilən bir nəfər mütləq olur və bunu hamı bilir. Çalışıb həmin şəxsi məclisdən uzaq tutmaq lazımdır".

Sosial       Tarix: 15 may 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bugun hava durumu sonxeber