"Toyota" və "Honda" bu ölkədə avtomobil istehsalını dayandırır
Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış "Toyota" və "Honda" şirkətləri koronavrusa görə tətbiq edilən məhdudiyyətlərlə əlaqədar Malayziyada istehsalı və satışı dayandırmaq barədə qərar qəbul ediblər.
Publika.az "Nikkei" qəzetinə istinadla xəbər verir ki, Malayziya hökumətinin tələbinə uyğun olaraq, həmin şirkətlərin zavodlarında işçilərin cəmi 10 faizi qalıb ki, bu da istehsalı davam etdirməyə imkan vermir. Bildirilir ki, "Toyota" şirkətinin Malayziyanın Selanqor ştatında iki zavodu var. "Honda" şirkətinin də bu ölkədə motosiklet və avtomobil istehsal edən iki müəssisəsi mövcuddur.
Qeyd edək ki, iyunun 1-dən Malayziyada koronovirus pandemiyası fonunda ən ağır sosial-iqtisadi məhdudiyyətlər tətbiq edilib. Baş nazir Muhiddin Yassin tərəfindən elan edilən ciddi tədbirlər ölkənin bütün ərazisində iyunun 14-dək davam edəcək. Vəziyyət yaxşılaşacağı təqdirdə bu məhdudiyyətlərin mərhələlərlə aradan qaldırılması nəzərdə tutulur.
Bildirək ki, Malayziyada mayda yoluxmaların sayı kəskin artıb. Ötən həftə növbəti antirekord qeydə alınıb – sutka ərzində 9 mindən çox yoluxma. Mütəxəssislər bunu ölkə ərazisinə virusun sürətlə yayılması ilə seçilən Hindistan ştammının daxil olması ilə əlaqələndirirlər.
Turlar.az [newsid: 0-123300]

Tovuzda qəza oldu - Ölən var
Səhhəti ilə bağlı iddialara cavab verdi
"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ
Milli Məclis Prezident və xanımını təbrik etdi
Məşhurlar DÇ-2026 oyununda
Leysan və dolu Ankarada subasmaya səbəb olub
DİN "Son zəng" tədbirləri ilə bağlı məlumat yaydı
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Qızıl bahalaşdı
Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib
Tovuzda avtomobil aşdı: Vətən müharibəsi iştirakçısı həyatını itirdi
Hidayət Orucov vəfat etdi
Ceyhun Bayramov ABŞ rəsmisi ilə TRIPP-i müzakirə etdi
"Barselona" ona elçi düşdü - 50 milyon ödəməyə hazırdır
DÇ-2026: Türkiyə ilk sınağına çıxır