Tramp İrana qarşı müharibəyə başlaya bilərmi? - BİZİM ŞƏRH

Tramp İrana qarşı müharibəyə başlaya bilərmi? - BİZİM ŞƏRHBöyük Yeddilik sammiti yarımçıq, ultimatumlar havada, bölgəyə ABŞ qüvvələri yığılır – qarşıda nə var?
ABŞ Prezidenti Donald Tramp, Kanadadakı G7 sammitini gözlənilmədən yarımçıq tərk edərək Vaşinqtona qayıtdı. Rəsmi səbəb açıqlanmasa da, ehtimal olunur ki, bu addım İsraillə İran arasında alovlanan müharibə ilə bağlıdır. Tramp dərhal Sitatüasiya otağında fövqəladə toplantı keçirib və bu, mümkün hərbi qərarların ərəfəsində olduğuna işarə kimi qiymətləndirilir.
Eyni zamanda, Tramp İrana qarşı sərt tələblər irəli sürüb: Tehran uranı zənginləşdirməməli və nüvə bombası sahibi olmamalıdır. ABŞ lideri, ölkə vətəndaşlarını Tehranı dərhal tərk etməyə çağıraraq, mümkün hərbi müdaxiləyə "qalın eyham" vurdu.
Tramp İrana qarşı müharibəyə başlaya bilərmi? - BİZİM ŞƏRHABŞ qüvvələri Fars körfəzinə yeridilir
ABŞ Fars körfəzinə "Nimitz" aviadaşıyıcısını və 30-dan çox yanacaq dolduran təyyarəni göndərib. Pentaqon bölgədəki hərbi mövcudluğunu artırır. Hələlik Tramp birbaşa münaqişəyə qoşulmaq üçün İrana qarşı ABŞ bazalarına zərbə endirilməsi şərtini irəli sürür. Ancaq tarix göstərir ki, belə siyasi qərarlar üçün bəhanə çox tez tapıla bilir.
Tehran danışıqlara hazır olduğunu bildirir
Tehran, ərəb vasitəçiləri ilə ABŞ-a mesaj göndərərək danışıqlara və atəşkəsə razılıq verə biləcəyini, lakin bunun üçün Vaşinqtonun hərbi əməliyyatlarda iştirak etməməsini, İsrailin isə hücumları dayandırmasını istəyir. Lakin İsrail təkbaşına atəşkəsə getməyəcəyini açıq şəkildə bəyan edir – düşmənə "nəfəs almaq imkanı verilməməlidir".
Münaqişənin gedişatı və ABŞ-ın rolu
Ekspertlər hesab edir ki, İsrailin hücum imkanları azaldıqca və İranın davamlı müqavimət potensialı ortaya çıxdıqca, ABŞ münaqişəyə birbaşa qoşulmaq məcburiyyətində qala bilər. Əks halda, əsas regional müttəfiqi İsrailin məğlubiyyəti ABŞ-ın Yaxın Şərqdəki mövqeyini sarsıda bilər.
Eyni zamanda İranın raket ehtiyatlarının azaldığı iddia olunur. Tehran hələlik Ormuz boğazını bağlamayıb – bu addım atılsa, bu, dünya enerji bazarını silkələyə bilər.
Tramp İrana qarşı müharibəyə başlaya bilərmi? - BİZİM ŞƏRHTrampın hədəfi nədir?
Tramp İrana nüvə silahı qadağası, urandan imtina və İsrailə qarşı hərbi təzyiqlərin dayandırılması kimi şərtlərlə çıxış edir. Vitse-prezident Cey Di Vens və xüsusi elçi Stiven Uitkoff artıq bu həftə İran nümayəndələri ilə görüşmək üçün təlimat alıb.
Bütün gözlər Vaşinqtondadır
İsrail, ABŞ-ın bu müharibəyə cəlb olunmasında maraqlıdır. Ölkə hər gün 300 milyon dollar itirir və raket zərbələrinin miqyası əvvəlki kimi deyil – hava hücumundan müdafiə sistemləri də artıq çat verməyə başlayıb.
Mənbələr: Haqqin.az, Reuters, İran İnternational.
KONKRET.az-ın analitik qrupu 

Siyasi       Tarix: 18 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət sonxeber az az xeber cəbhədən son durum