Tramp Malveniyə qapını göstərdi - UKRAYNAYA YARDIM...
ABŞ prezidenti Donald Tramp Ağ Ev Aparatı rəhbəri Mik Malvenini vəzifəsindən azad etmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri xəbər yayıb.
Məlumata görə, Tramp bir neçə həftədir ki, Malvenini idarəçilikdən uzaqlaşdırmaq fikrindədir.
Lakin müşavirlər onu fikrindən daşındırmağa çalışırlar: "Bu, Trampın impiçmenti proseduru ərəfəsində heç də yaxşı addım olmayacaq. Xüsusilə Ukraynaya yardımın dayandırılması məsələsində Malveninin rolunu nəzərə alsaq, onun vəzifədən getməsi böyük riskdir. Digər tərəfdən, administrasiya yeni rəhbərin tapılması istiqamətində problemlərlə qarşılaşa bilər".
Qeyd edək ki, Tramp, Malveninin 17 oktyabrda jurnalistlər üçün keçirdiyi brifinqdən narazı qalıb. Ağ Ev Aparatı rəhbəri brifinqdəki çıxışı zamanı Ukraynaya hərbi yardımın dondurulma səbəbini açıqlamışdı. O, bildirmişdi ki, əsas məqsəd Ukraynanı ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Baydenin oğlu ilə bağlı istintaqa başlamağa məcbur etməkdir.
Lakin Malveni brifinqdən sonra qeyd etmişdi ki, KİV onun sözlərini təhrif edib. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək