Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni
Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib.
KONKRET.az xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib.
Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Prezidenti Si Cinpin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 19 noyabr 2026-cı ildə Şençjendə görüşüblər. Rusiya və ABŞ dövlət başçıları bu tarixi üçtərəfli sammitin təşkili və ev sahibliyi üçün Çinə minnətdarlıqlarını bildiriblər. Üç dövlət başçısı mövcud beynəlxalq vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıb və strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını bildiriblər.
Bəyannamədə qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq, Rusiya, Çin və ABŞ BMT-nin qlobal çağırışlara daha effektiv cavab verə bilməsi və beynəlxalq sülh və təhlükəsizlik kimi əsas missiyasını yerinə yetirə bilməsi üçün islahat aparmaq öhdəliklərini ifadə ediblər.
"Üç dövlət bütün ölkələrin rifahı üçün emal olunmuş neft məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır. Onlar sabit enerji təchizatının vacibliyini bir daha təsdiqləyiblər.
Üç dövlət başçısı dövlətlərin razılığı prinsipinin və dövlət məmurlarının toxunulmazlıqlarına hörmətin fundamental olduğunu qeyd edir və Beynəlxalq Cinayət Məhkəməsinin və digər oxşar qurumların səlahiyyətlərindən sui-istifadə etməməsi barədə razılığa gəliblər.
Üç dövlət başçısı nüvə müharibəsinin qazanıla bilməyəcəyini və heç vaxt aparılmamalı olduğunu bir daha təsdiqləyib. Üç ölkə nüvə risklərini azaltmaq və nüvə silahlarının yayılmasının qarşısını almaq üçün dialoqa girəcək", – deyə sənəddə bildirilib.

Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA
Tural Əlizadəyə vəzifə verildi
Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz
Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA
Nənəmin təndiri'ndə yanğın oldu
Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik
Polad Həşimovun anasının səhhəti ilə bağlı son vəziyyət açıqlandı
Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib - FOTO
Bu cərimələr 150 faiz artırılır
Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi
Embawood'un anbarından meyit tapıldı
Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı
Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib