Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədirVyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb.
azxeber.com xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetnam strateji tərəfdaşlıq münasibətlərinə dair çoxsaylı məqalələr, xəbərlər yayıb.
"Vietnam+" nəşrinin "Vyetnam-Azərbaycan strateji tərəfdaşlığını dərinləşdirmək və onun səmərəliliyini artırmaq" başlıqlı məqaləsində Prezident İlham Əliyevin Vyetnama səfərinin iki ölkə arasında enerji, ticarət və bir çox digər sahələrdə əməkdaşlığı təşviq etməklə, strateji tərəfdaşlığı konkretləşdirmək üçün imkanlar açdığı vurğulanıb. Məqalədə iki xalq arasında dostluğun tarixindən söz açılaraq, Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin isə 1983-cü ildə Vyetnama səfərlərinin bu dostluğun təməlini qoyduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan öz inkişaf yolu boyunca Vyetnama hər zaman səmimi dəstək və rəğbət göstərib, Vyetnam isə Azərbaycanla dostluq münasibətlərinə və əməkdaşlığa daim yüksək dəyər verib. Məqalədə ötən müddətdə ali və yüksək səviyyədə həyata keçirilmiş səfərlərin münasibətlərin inkişafına verdiyi töhfələr vurğulanıb.
"BACNINHTV"nin saytındakı "Vyetnam və Azərbaycan arasında dostluq ənənələrinin qorunması və təşviqi" adlı yazıda iki ölkə arasında 30 ildən çox tarixi olan əməkdaşlığın getdikcə güclənən siyasi etimadla sıx bağlı olduğu vurğulanıb. Onilliklər boyu davam edən tərəfdaşlıq dövründə iki ölkə siyasi etimada, bərabərliyə və qarşılıqlı hörmətə əsaslanan ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq qurub.
"Nhândân" (Xalq) qəzetinin saytındakı oxşar məqalədə iki ölkənin ənənəvi dostluq və geniş əməkdaşlıq potensialına əsaslanaraq, ötən il münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Bu, əməkdaşlıq prosesində tarixi bir mərhələ olub, hər iki ölkə liderlərinin əlaqələrin perspektivinə dair siyasi iradəsini və ortaq baxışını nümayiş etdirir. Qeyd olunub ki, yeni çərçivə Vyetnam ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət, investisiya, enerji, nəqliyyat və logistika sahələrindəki ikitərəfli münasibətlərin səmərəliliyini daha da artırıb.
"Vietnam.vn" saytındakı "Vyetnam-Azərbaycan: parlaq gələcək üçün dostluğun möhkəmləndirilməsi" adlı məqalədə Xəzər dənizi sahilindəki neft quyularından müasir külək və günəş elektrik stansiyalarına qədər, Prezident Ho Şi Minin tarixi səfərindən Qafqaz bölgəsində Vyetnam şirkətləri tərəfindən araşdırılan investisiya layihələrinə qədər Vyetnam-Azərbaycan münasibətləri uzun bir yol qət etdiyi bildirilib. Qeyd olunub ki, 60 ildən çoxdur möhkəmlənən dostluq əməkdaşlığın yeni, daha mənalı və perspektivli bir mərhələsinin yolunu açır. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri hər iki ölkəyə keçmişi qiymətləndirmək və əməkdaşlıq üçün yeni üfüqləri araşdırmaq imkanı verəcək.
Oxşar mövzuda məqalələr Vyetnamın digər bir neçə media orqanında da yayımlanıb.
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədirAzərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədirAzərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədirAzərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Siyasi       Tarix: 20 noyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentini

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü - Foto

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb. xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabınd

Estoniya Rusiya ilə bütün avtomobil sərhəd-keçid məntəqələrini bağlayır: SƏBƏBLƏR

Estoniya dekabrın 1-dən Rusiya ilə fəaliyyətdə olan üç avtomobil sərhəd-keçid məntəqəsini – Narva, Koidula və Luhamaanı bağlamağa hazırlaşır. Bu qərara səbəb Estoniyanın müdafiə sənayesi müəssisələrindən birinə qarşı törədilməsin

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq, ilk növbədə, Almaniya Federati

CNN: İran Vaşinqtonda "çirkli bomba" ilə terror aktı törətməyi planlaşdırır

İran ABŞ-ın paytaxtı Vaşinqtonda "çirkli bomba" partlatmaqla və ya kimyəvi silahdan istifadə etməklə Prezident Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd planı hazırlayır. Lakin hücumu

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətda

Paşinyandan generala: "Sən oğrusan..."

Konstitusiya daxili gündəmdir, lakin istənilən ölkənin Konstitusiyası həm də ölkəni mövqeləndirir. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də parlamentdə hökumətlə sual-cavab sessiyası zaman

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 oktyab

Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdəki "Güclü Ermənistan" partiyasının deputatı Anuş Mirzoyanın onu Azərbaycanın Qarabağ bölgəsində minlərlə erməni hərbçinin ölümündə ittiham etməsindən sonra özündə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az iqtisadiyyat xeberleri bugun xeberler bu qun qarabag