Tramp ailəsinin biznes əlaqələri araşdırıla bilər: Yaxın Şərq ölkələri demokratların yoxlamalarına hazırlaşır
ABŞ-ın Fars körfəzi regionundakı əsas müttəfiqləri Demokratlar Partiyasının prezident Donald Trampın, onun administrasiyasının və ailə üzvlərinin bölgədəki biznes əlaqələri ilə bağlı araşdırmalara başlayacağı ehtimalına hazırlaşır.
KONKRET.azxəbər verir ki, bu barədə "The Washington Post" nəşri Vaşinqtondakı mənbələrə və Yaxın Şərq diplomatlarına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, araşdırmaların diqqət mərkəzində Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərlə bağlı bir sıra maliyyə və biznes sövdələşmələri ola bilər.
Birləşmiş Ərəb Əmirlikləri. ABŞ-ın Əmirliklərə qabaqcıl süni intellekt çiplərinə çıxış imkanı yaratmasından əvvəl kral ailəsi ilə əlaqəli bir qurum Trampın oğulları və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun oğlu tərəfindən yaradılmış "World Liberty Financial" kriptovalyuta şirkətinə 500 milyon dollar sərmayə yatırıb.
Səudiyyə Ərəbistanı. Krallığın suveren sərvət fondu Trampın kürəkəni Cared Kuşnerə məxsus şirkətə 2 milyard dollar investisiya edib. Bundan başqa, prezidentin ailəsi ilə əlaqəli şirkətlər böyük tikinti müqavilələri əldə ediblər. Konqresdə tənqidlərə səbəb olan və Trampın sonradan dondurduğu Ər-Riyadla iyul ayında imzalanmış nüvə sazişi də araşdırılması gözlənilən məsələlər sırasındadır.
Qətər. Demokratlar 2025-ci ildə Trampa təqdim edilmiş, ABŞ tarixində ən bahalı hədiyyə hesab olunan prezident təyyarəsinin verilməsi ilə bağlı halları da araşdırmaq niyyətindədirlər. Söhbət təxminən 400 milyon dollar dəyərində Boeing 747 təyyarəsindən gedir.
ABŞ Milli Təhlükəsizlik Şurasının Ərəbistan yarımadası üzrə keçmiş direktoru Ellison Minor "The Washington Post" nəşrinə açıqlamasında bildirib ki, Fars körfəzi ölkələrini demokratlarla asan mübarizə gözləmir.
"Düşünürəm ki, Fars körfəzi ölkələrini demokratlarla çətin mübarizə gözləyir", – deyə o vurğulayıb.
Beləliklə, ABŞ-da demokratların mümkün araşdırmaları Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri ilə münasibətlərində də yeni gərginlik yarada bilər.
Natiq Səlim,
KONKRET.az

Keçmiş nazirə ağır itki
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək
İnsan ölənə yaxın bu 4 sözü deyir
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Mətin Eynullayev ona yüksək vəzifə verdi - FOTO
Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb
Korrupsionerlər niyə rəqəmsal pullara etibar etmir? Köhnə üsulların üstünlüyü