Tramp qubernatoru buna görə cəzalandıracağı ilə hədələdi
ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatının qubernatoru Qavin Nyusoma evsiz insanların problemini həll edə bilməyəcəyi təqdirdə onu cəzalandıracağı ilə bağlı xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, ABŞ-da ümumilikdə evsiz insanların sayının azalmasına baxmayaraq, Kaliforniya son 10 ildə bu problemin artdığı iki ştatdan biridir. Hazırda Kaliforniyada daimi yaşayış yeri olmayan 130 min insan qeydə alınıb. Ştat rəhbərliyi bu problemin həllinə çalışsa da, bir nəticə hasil olmayıb. Böhranın əsas səbəbi kimi mənzillərin qiymətinin çox baha olması göstərilir. Bu da məsələnin tez bir zamanda həll edilməsinin mümkünsüz olduğunu deməyə əsas verir.
Qeyd edək ki, Kaliforniya ştatının qubernatoru Qavin Nyusom Donald Trampın siyasətini pisləyir və onun impiçmentini dəstəkləyir. Təbii olaraq, Tramp da qubernatorun fəaliyyətini tənqid edir. Bundan əvvəl ABŞ Prezidenti qubernatoru meşə yanğınları ilə bağlı fəlakətli vəziyyətə görə tənqid etmişdi. / Azərtac /publika.az

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz