Trampa verilən nişan və mükafat Bakıda hazırlanıb
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda 2026 FIFA Dünya Kubokunun püşkatma mərasimi çərçivəsində 2025-ci il üzrə ilk dəfə təsis olunan FİFA Sülh Mükafatına layiq görülüb. Mükafat Trampa FİFA prezidenti Canni İnfantino tərəfindən təqdim edilib və rəsmi videoçarxda digər münaqişələrlə yanaşı, Prezidentin Ermənistan–Azərbaycan istiqamətində sülh təşəbbüslərinə də xüsusi yer verilib.
azxeber.com xəbər verir ki, mükafatın həmmüəllifi Rəssamlıq Akademiyasının prorektoru, ittifaq sədrinin birinci müavini, Xalq rəssamı Səlhab Məmmədov Modern.az-a bildirib ki, onlar bir neçə ay əvvəl müsabiqədə qalib gəliblər:
"Bildirdilər ki, FİFA Sülh Mükafatı təsis etmək istəyirlər. Onlara başqa ölkələrdən də müxtəlif eskizlər göndərildi. Xalq rəssamı Əli İbadullayevlə birlikdə Cenevrədə, BMT-nin Millətlər Sarayının qarşısındakı parkda yerləşən "Düşüncələr və arzular" əsərimizin eskizini hazırlayıb onlara göndərdik.
Ondan sonra xəbər gəldi ki, münsiflər heyəti bizim işimizi seçib və onun əsasında döş nişanı ilə medal hazırlanacaq. Mükafat hər il sülhə töhfə verən, slühlə idmanı birləşdirən müxtəlif dövlət başçılarına, beynəlxalq nüfuzu olan şəxslərə veriləcək".
S.Məmmədov onu da qeyd edib ki, mükafat və döş nişanı Bakıda hazırlanıb:
"Mükafat və döş nişanı Bakıda hazırlanıb. Medal isə mükafatın eskizləri əsasında FİFA tərəfindən hazırlandı. Bu bizim mədəniyyətin, incəsənətin təntənəsidir. Cənab Prezidentimiz də sülhə hər zaman töhfə verib. Mükafat Trampa veriləndə cənab Prezidentin də görüntülərini orada gördük. Bu səbəbdən bizim də sülh mükafatının hazırlanmasında iştirakımız çox böyük şərəf oldu".
Qeyd edək ki, Trampa təqdim edilən tunc heykəl Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin BMT-nin Cenevrədəki Millətlər Sarayının qarşısında ucaldılmış, sülh rəmzi sayılan "Düşüncələr və arzular" abidəsinin miniatür variantıdır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma