Trampdan İran blokadası ilə bağlı açıqlama: "Həmin boğazdan 34 gəmi keçib"
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında tətbiq edilən blokadanın yarılması istiqamətində əldə olunan son nəticələri açıqlayıb.
KONKRET.az xəbər verir ki, dövlət başçısı özünə məxsus "Truth Social" platformasında bölgədəki dəniz hərəkətliliyi ilə bağlı mühüm rəqəmlər paylaşıb.
Trampın sözlərinə görə, ötən gün strateji əhəmiyyətli boğazdan rekord sayda gəmi keçidi qeydə alınıb:
"Dünən Hörmüz boğazından 34 gəmi keçib. Bu, həmin düşüncəsiz blokadanın başlanmasından bəri bu günə qədər qeydə alınan ən yüksək göstəricidir."
ABŞ prezidenti bu açıqlaması ilə İranın boğazı bağlamaq cəhdlərinin uğursuzluğa düçar olduğunu və beynəlxalq dəniz ticarətinin ABŞ-ın hərbi dəstəyi ilə bərpa edildiyini nümayiş etdirib. Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki 15-dən çox gəmisi bu keçidlərin təhlükəsizliyini təmin edir.
Ekspertlər hesab edirlər ki, 34 gəminin bir gündə keçməsi Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi hərbi təzyiqin effektivliyinin göstəricisidir. Hazırda Hörmüz boğazı və ətraf sularda gərginlik pik həddədir və ABŞ qüvvələri istənilən provokasiyaya qarşı hazır vəziyyətdə dayanıb.
Natiq Səlim,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK