Trampdan İranla bağlı SENSASİON ANONS

Trampdan İranla bağlı SENSASİON ANONSABŞ Prezidenti Donald Trampın "Axios" nəşrinə verdiyi son müsahibə Yaxın Şərqdə onilliklərdir davam edən gərginliyin tamamilə yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Ağ Ev rəhbəri İranla "böyük sövdələşmə"nin artıq bir neçə günlük məsafədə olduğunu bəyan edərək beynəlxalq birliyi təəccübləndirib.
KONKRET.az xəbər verir ki, "Axios"un müxbiri Barak Ravidə danışan Donald Tramp rəsmi Tehranın görüşmək və sövdələşmə bağlamaq üçün can atdığını bildirib. Prezidentin sözlərinə görə, tarixi görüş həftə sonu baş tuta bilər: "İranlılar görüşmək istəyirlər. Onlar sövdələşmə bağlamaq istəyirlər. Hesab edirəm ki, görüş böyük ehtimalla həftə sonu reallaşacaq. Güman edirəm ki, biz yaxın bir-iki gün ərzində saziş əldə edəcəyik". Tramp əlavə edib ki, bu sənəd təkcə ABŞ üçün deyil, həm də İsrailin təhlükəsizliyini təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edəcək və Təl-Əvivin xeyrinə olacaq.
Eyni zamanda, Tramp İsrailin Livana qarşı apardığı hərbi əməliyyatlarla bağlı sərt xəbərdarlığını bir daha təkrarlayıb. O, İsrailin binaları partlatmağa son qoymalı olduğunu və buna icazə verməyəcəyini qətiyyətlə vurğulayıb: "İsrail dayanmalıdır. Onlar binaları partlatmağa davam edə bilməzlər. Mən buna imkan verməyəcəyəm". Analitiklər Trampın bu bəyanatlarını İranla imzalanacaq sazişin bir hissəsi kimi qiymətləndirirlər. Belə görünür ki, Vaşinqton Tehranı masaya oturtmaq üçün İsrailin hərbi fəaliyyətlərini cilovlamaq öhdəliyi götürüb. Əgər bu saziş həqiqətən də yaxın 48 saat ərzində reallaşarsa, bu, bölgədəki hərbi blokadanın və gərginliyin diplomatik yolla həllində inqilabi bir addım olacaq.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 18 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər xeber az oxu.az xeberler sonxəbərlər