Trampdan Rusiyadan enerji alan ölkələrə ŞOK GEDİŞ
ABŞ Prezidenti Donald Tramp Rusiyadan enerji resursları alan ölkələrə qarşı sərt iqtisadi tədbirlərin tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəkləyə biləcəyini bildirib.
KONKRET.az xəbər verir ki, söhbət respublikaçı senator Lindsi Qrahamın irəli sürdüyü və belə ölkələrdən idxal olunan mallara 500 faizlik gömrük rüsumunun tətbiqini nəzərdə tutan qanun layihəsindən gedir. Layihə, Rusiya iqtisadiyyatına dolayısıyla dəstək verən dövlətlərə qarşı təzyiq vasitəsi kimi qiymətləndirilir.
Tramp bu qanun layihəsini imzalayıb-imzalamayacağı ilə bağlı suala cavabında yekun qərarın Rusiyanın Ukrayna ilə müharibənin sülh yolu ilə həlli istiqamətində atacağı addımlardan asılı olacağını qeyd edib. "Əgər Rusiya münaqişəni dayandırmaq, müharibəni bitirmək və sülh əldə etmək istəyirsə, bu zaman müəyyən güzəştləri nəzərdən keçirə bilərik. Əks halda, bu kimi rüsum tədbirləri gündəmə gələcək", – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp həmçinin ümid etdiyini bildirib ki, Ukrayna ilə Rusiya arasında yaxın vaxtlarda sülh sazişi imzalanacaq və münaqişəyə son qoyulacaq. Onun sözlərinə görə, uzunmüddətli sabitlik yalnız dialoq və qarşılıqlı anlaşma yolu ilə mümkün ola bilər.
Natiq Səlim,
KONKRET.az

"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir