Trampın impiçmentində növbəti mərhələ başa çatdı: Bu günə qədər heç kim...
ABŞ Prezidenti Donald Trampın Senatda davam edən impiçmentində 3-cü gün başa çatıb.
Publika.az xəbər verir ki, Demokratlar Partiyasından olan senatorlar Trampa qarşı daha əvvəl qəbul edilən iki maddədən biri olan "vəzifəsindən sui-istifadə" ittihamının üzərində dayanıb.
7 demokrat senatordan ibarət hakimlər komandası 8 saat boyunca həmkarlarına təqdimat edib.
Nümayəndələr Palatası Ədliyyə Komitəsinin sədri Cerald Nadler təqdimatında Trampı sərt tənqid edib: "Prezidentin Ukraynaya münasibəti yanlış, qanunsuz və təhlükəlidir. Bu günə qədər heç bir prezident seçkilərdə hiylə işlətmək üçün xarici ölkədən yardım istəməyib".
Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin sədri Adam Şiff isə Trampın maraqlarını ABŞ-ın maraqlarından üstün tutması mövzusunda senatorları inandırmağa çalışıb.
Demokratlar Partiyasının üzvü Silvia Qarsiya Trampın prezident seçkilərindəki rəqibi Co Bayden və oğlunun keçmişinin araşdırılması ilə bağlı Ukraynadan yardım istəmə səbəbinin uydurma hekayə olduğunu deyib.
Məhkəmədə hakim qismində iştirak edən demokrat senatorların müdafiələrinin bu gün tamamlanması gözlənilir. Ertəsi gün Trampın vəkilləri müdafiələrinə başlayacaq və 3 günə bölünməklə, 24 saat zamanları olacaq. Senatorlar sual vermək şansını gələn həftə əldə edəcək. Onlara 16 saat veriləcək.
Salona su və süddən başqa içki gətirmək qadağandır
ABŞ-ın xəbər kanallarını zəbt edən Senat iclasları uzun saatlar boyunca məclisdə səssiz şəkildə məhkəməni izləmək məcburiyyətində olan senatorlara çətin anlar yaşadır. Belə ki, onlara hədsiz yemək və çərəz verilir, lakin su və süddən başqa bütün içkilər qadağan edilir.
Mobil telefon, kamera, səs qeydi cihazları və bənzər qurğuların da salona keçirilməsi qadağandır.
Zümrüd /publika.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi