"Trendyol" qiymətləri niyə qaldırıb? — Azərbaycanda özünə rəqib görmədiyi üçün…

Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan "Trendyol"un Azərbaycana məhsulların çatdırılma xidmətinin qiymətlərində artım olduğu iddia edilir.
Onlayn alış-veriş edən istehlakçılar çatdırılma xidmətinin qiymətinin geyimlərdən daha çox olduğunu bildirirlər.
Onu da əlavə edək ki, bir neçə ay öncə "Trendyol" Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib.
Şirkət qiymətləri 2.5 dəfə artırmışdı.
Bəs, qiymətlərin durmadan bahalaşması nə ilə əlaqəlidir?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı azxeber.com-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Türkiyədə alış-veriş qiymətləri həddindən artıq çox bahalaşıb:
"Türkiyədə alış-veriş qiymətləri həddindən artıq çox bahalaşıb. Düşünürəm ki, Türkiyənin turizm şirkətləri, onların biznesləri sürətlə çökəcək. Mən 3 gün öncə Türkiyədən gəlmişəm. 2 il öncə olduğum bir otelə yenidən getdim. Burada insanların sayı 50 faiz azalıb. Xidmət səviyyəsi aşağı düşüb. Ümumilikdə isə qiymətlər xeyli artıb. Bütün bunların hamısı Türkiyədə turizm işinə, eləcə də digər sahələrə mənfi təsir göstərəcək. Əlbəttə ki, ənənəvi ticarətlə, onlayn ticarət ciddi rəqabətdədir. Azərbaycanda məşhur onlayn alış-veriş şirkəti olan "Trendyol"a qarşı böyük qüvvələr var. Ənənəvi ticarətlə məşğul olanlar şübhəsiz ki, onların onlayn ticarətlə məşğul olanlara təsiri də var. Azərbaycan hökuməti də yəqin ki, ənənəvi ticarəti müdafiə etmək üçün ola bilsin ki, hansısa işlər görüb. Ona görə də qiymətlər qalxıb. Əlbəttə ki, insanlar, istehlakçılar bu yöndə ənənəvi ticarətə üstünlük verəcəklər".
Onlayn alış-verişdə qiymətlərin qəfildən artmasına reaksiya verən iqtisadçı ekspert Natiq Cəfərli azxeber.com-a açıqlamasında çatdırılma xərclərinin artmasının yanacaq qiymətinin artmasıyla əlaqəli olduğunu vurğulayıb:
""Trendyol"da çatdırılma xərclərinin artırılması dizel yanacağının qiymətinin artmasıyla əlaqəli ola bilər. Bu da anbarlara yüklərin daşınması, çatdırılmasının maya dəyərini də yüksəldir. Çox güman ki, çatdırılma xərclərinin qəfildən artması bununla bağlı bir məsələdir. Həm də Türkiyə ərazisində çatdırılma qiymətləri dəyişdirilməyib".
Mövzuyla bağlı azxeber.com-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov vurğulayıb ki, "Trendyol" şirkətindəki qiymət artımının bir çox obyektiv və subyektiv səbəbləri var:
"Trendyol"da ilk dəfə deyil ki, artım müşahidə olunur. Əvvəllər də müəyyən qədər artıb. May ayında da bununla bağlı artım olduğu təsdiqlənmişdi. Bu artımın da bir çox obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərindən biri birmənalı olaraq əgər bütün istiqamətlərdə qiymətlər artırsa, inflyasiya öz sözünü deyirsə, istehsalda, xidmətdə, digər istiqamətlər, çatdırılma və logistika üzrə də qiymətlər artmalıdır. Burada daha bir məsələ var ki, "Trendyol" bu gün Azərbaycanda özü ilə mübarizə aparacaq rəqibi olmadığından subyektiv olaraq qiymət dəyişikliyi edə bilir. Bunu da təbii qarşılamaq lazımdır. Əgər hansısa bir təsərrüfat subyekti bazarda böyük ölçüdə rəqibsizdirsə, həmin subyekt o yerə qədər qiyməti qaldıracaq ki, artıq gəlirləri azalmağa başlayacaq. Görsə ki, digər bir rəqib qiyməti qaldırdı, tələb varsa, sifarişlər durmadan artırsa, o yenidən qiymətləri artıracaq. Amma görsə ki, sifariş həcmləri, ölçüləri kəskin şəkildə azalıb və bu da gəlirin azalmasına gətirib çıxarır, o zaman qiymət artımı dayanacaq. Əksinə azalmağa başlayacaqdır. Bir sözlə, bu prosesi bazar özü tənzimləyir".

Sosial       Tarix: 08 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər xeberler bu gun gunun xeberleri oxu.az xeberler