Tunelə "işığı söndürün, həyatım tort üfürəcək" pankartı asdı, həbs edildi

Tunelə Bakıda "işığı söndürün, həyatım tort üfürəcək" plakatını tuneldən asan şəxs həbs edilib.
KONKRET.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1989-cu il tarixdə Rusiya Federasiyasının İrkutsk vilayətinin Ust-Kut şəhərində anadan olmuş və hazırda Bakıda yaşayan Taleh Rayiz oğlu Cəbiyev xırda xuliqanlıq hərəkətləri etdiyi üçün saxlanılıb.
Belə ki, 8 avqust tarixində, saat 18:30 radələrində tanışı olan xanım Taleh Cəbiyevdən üzərinə "işığı söndürün, həyatım tort üfürəcək" və digər sözlər yazılmış pankart hazırlayaraq, "Şəfa" stadionunun yaxınlığında yerləşən tuneldən asmasını xahiş edib. O, pankartı yol hərəkətini tənzimləyən vasitələrin üzərinə asdıqdan sonra, yolun ortasında dayanaraq şəkil çəkdirib və həmin fotonu tanışı olan xanıma göndərib.
Bu zaman yol-patrul xidmətinin (YPX) əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edib və yol hərəkətini tənzimləyən vasitələrin üzərini nə üçün örtdüyünü soruşub. Taleh isə ona "get işinlə məşğul ol" deyərək, səs-küy salıb və pankartı sökməyəcəyini bildirib.
YPX əməkdaşı dərhal hadisə yerinə post-patrul xidməti (PPX) çağırıb. Bu zaman Taleh hadisə yerindən qaçmağa çalışsa da, qarşısı alınıb.
Məhkəmənin qərarı ilə Taleh Cəbiyev İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

Hadisə       Tarix: 10 avqust 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az azerbaycan son xeber bugun xəbər xəbərlər.com