Tural Mustafayev: Azərbaycan–Türkiyə İqtisadi Forumu biznes üçün yeni imkanlar açır
"2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu strateji əməkdașlıǧı daha da gücləndirəcək".
Bu sözləri Marsol Group-un rəhbəri Tural Mustafayev Naxçıvanda keçirilən 2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumunda iştirakın şirkətlər üçün önəmini dəyərləndirərək tədbirin iki ölkə arasında işgüzar əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini bildirib.
Tural Mustafayev açıqlamasında forumun Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini daha da gücləndirdiyini qeyd edib:
"Forum çərçivəsində həm dövlət qurumlarının nümayəndələri, həm də Türkiyənin müxtəlif bölgələrindən gələn iş adamları ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etdik. Xüsusilə logistika, sərhədyanı ticarət, sənaye, turizm və KOB-ların inkişafı sahəsində yaranan imkanlar biznes dairələri üçün geniş perspektivlər açır".
Mustafayev bildirib ki, Marsol Group forumun işgüzar əlaqələrin dərinləşməsinə, yeni tərəfdaşlıq modellərinin formalaşmasına və regional biznes mühitinin inkişafına mühüm stimul verəcəyinə inanır:
"Forum çərçivəsində təşkil olunan B2B görüşlər əməkdaşlıq potensialını daha aydın nümayiş etdirdi. Biz bu istiqamətdə fəaliyyətimizi genişləndirməyə və ölkəmizin biznes ekosisteminin inkişafına dəstək olmağa davam edəcəyik".
Həmçinin, Marsol Group rəhbəri Naxçıvanda göstərilən qonaqpərvərliyə və forumun yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirib və qarşıdakı dövrdə əməkdaşlıqların daha da məhsuldar olacağına inandığını vurğulayıb. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır