TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edibAzərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biri olan TuranBank, nüfuzlu Invest in Visions (IIV) fondu ilə yeni kredit sazişi imzalayıb. Saziş "IIV Mikrofinanzfonds" və "IIV Financial Infrastructure Funds, FCP RAIF – DKM Mikrofinanzfonds" vasitəsilə həyata keçirilib və əməliyyat tanınmış Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində strukturlaşdırılıb.
Sazişə əsasən, beynəlxalq maliyyə qurumu TuranBank-a 3 il müddətinə, 15 milyon ABŞ dolları ekvivalentində yerli valyutada sintetik kredit ayırıb. Yerli valyutada maliyyələşdirmə borcalanların valyuta risklərini azaldır və ölkədə kiçik və orta sahibkarların maliyyə dayanıqlığını gücləndirir.
"Bu investisiya ilə biz Azərbaycandakı sahibkarların inkişafına birbaşa dəstək veririk. Yerli valyutada uzunmüddətli kreditlərin mövcudluğu biznesin böyüməsi, yeni iş yerlərinin yaradılması və ölkədə yerli istehsalın inkişafı üçün çox vacibdir. Kiçik və Orta sahibkarların  maliyyələşmə imkanlarını yaxşılaşdırmaq məqsədilə TuranBank və Incofin ilə əməkdaşlığımızdan məmnunuq"- deyə Invest in Visions Fondunun baş portfel meneceri Sergey L. Şkolnikov bildirib.
TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev sazişin əhəmiyyətini belə şərh edib: "Invest in Visions fondu ilə imzaladığımız bu yeni kredit sazişi Bankın inklüziv maliyyələşdirmə strategiyasını daha da gücləndirməklə yanaşı, Kiçik və Orta Sahibkarların yerli valyutada əlçatan maliyyə resurslarına çıxışını genişləndirəcək. Cəlb olunan vəsait ölkəmizdə biznes mühitinin möhkəmləndirilməsi, regionlarda sahibkarlığın inkişafı və yeni iqtisadi imkanların formalaşması baxımından mühüm rol oynayacaq. Əməliyyatın strukturlaşdırılmasında mühüm rol oynayan İncofin İnvestisiya Fonduna təşəkkürümüzü bildiririk. TuranBank bundan sonra da beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə və ölkənin sosial-iqtisadi inkişafını dəstəkləyən layihələrə investisiya etməyə davam edəcək."
2006-cı ildə yaradılan Invest in Visions fondu institusional və fərdi investorlara inkişaf etməkdə olan ölkələrdə təsir yönümlü investisiya imkanları təqdim edir. Almaniyada təsir investisiyanın pionerlərindən biri kimi fond əsasən mikromaliyyə və dayanıqlı infrastruktur layihələrinə fokuslanır. Öz investisiyaları vasitəsilə fond məsuliyyətli və uzunmüddətli iqtisadi inkişafın dəstəklənməsinə töhfə verir.
Qeyd edək ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutan TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin  maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır... / azxeber.com

İqtisadiyyat       Tarix: 04 dekabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

Şirkət data və süni intellekt platformaları üzrə dünya liderlərindən biri olan "Starburst" ilə əməkdaşlıq edir. Uzunmüddətli rəqəmsal transformasiya strategiyasını ardıcıl şəkildə həyata keçirən "Azercell Telecom"

ATB-nin əməkdaşı VI "Yüksəliş" müsabiqəsinin qalibi oldu

AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, HeydərƏliyev Fondunun prezidenti Mehriban Əliyevanı

Əmanətlərin Sığortalanması Fondu kompensasiyaları 'AniPay' üzərindən ödəyəcək

Əmanətlərin Sığortalanması Fondu kompensasiyaların "AniPay" üzərindən ödənilməsini planlaşdırır. xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbua

Bakcell "Asan Könüllüləri"nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR

Bakcell "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yay festivalının tərəfdaşı qismində iştirak edib. Festival ölkənin müxtəlif regionlarından 200-dən çox gənci bir aray

Günel Nəbiyeva: Rəqəmsallaşma ilə yanaşı, kibertəhlükəsizlik də bizim əsas prioritetlərimizdəndir

Bu gün bank sektorunda rəqəmsal transformasiya artıq ən çox müzakirə olunan mövzulardan biridir. Bəs bank üçün rəqəmsal transformasiya nə ifadə edir  və müştərilərə nə kimi   üstünlükləri verir. Bu barədə "Azər-Tür

Yelo Bank Aİ üzvlərinin yekdil qərarı ilə 23 iyul tarixində sanksiya siyahısından çıxarıldı

Yelo Bank Avropa İttifaqının sanksiya siyahısından rəsmi qaydada çıxarılıb. xəbər verir ki, Avropa Komissiyasının Bank ilə bağlı sanksiya məsələsinə yenidən baxılma proseduru qısa müddət ərzində uğurla başa çatıb. 100% yerl

Bank of Baku və Mastercard-dan rəqəmsallaşma sahəsində mühüm addım

Bank of Baku və Mastercard süni intellekt və qabaqcıl analitika vasitəsilə problemli kreditlərin ödənişlərinin yığımı strategiyalarını yenidən formalaşdırmaq üçün strateji tərəfdaşlığa başladıqlarını elan ediblər. xəbər veri

Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?

Son illərdə bank kreditlərinə müraciət edən vətəndaşların sayı artmaqda davam edir. Kredit əldə etmək istəyən şəxslərin qarşılaşdığı əsas tələblərdən biri isə girov təminatıdır. Xüsusilə yüksək məbləğli kreditlər zamanı bankla

Moody"s" Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqlədi

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings"Kapital Bank-ın Ba2 uzunmüddətli depozit reytinqini, ba3 səviyyəsində əsaskredit qiymətləndirməsini (Baseline Credit Assessment – BCA) və müsbətproqnozunu (Positiv


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler cəbhədən son xəbərlər xabar az azerbaycan son xeber bugun