Türk dövlətləri qiymətləndiriciləri İlham Əliyevi təbrik etdi

Türk dövlətləri qiymətləndiriciləri İlham Əliyevi təbrik etdiTürk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, və Şimali Kipr Türk Cümhuriyyətindən olan rəhbərliyi İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib. 
TDQB-nin İcra Aparatının rəhbəri Marat Baytokovun verdiyi məlumata görə, qurumun prezidenti səlahiyyətlərini müvəqqəti icra edən, TDQB-nin vitse-prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun, Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçecinin, Qazaxıstanın Qiymətləndirmə Palatasının sədri Aydar Kurmanqalıyevin, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximovanın, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirovun, Türkmənistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Sergey Mineyevin və Şimali Kipr Türk Cümhuriyyətinin Dəyərləmə Uzmanları Birliyinin başqanı Kutay Ramizin üzvü olduğu rəhbərlər şurası adından daxil olan təbrik məktubunda deyilir:
Möhtərəm Cənab Prezident! 
Zati-alinizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə  türk dövlətlərinin qiymətləndirmə cəmiyyətləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı  bildirirəm!
Səsvermənin nəticələri Zati-alinizin yüksək siyasi nüfuzunu, Azərbaycan xalqının davamlı sosial-iqtisadi inkişafına yönəlmiş kursunuza dəstəyini bir daha təsdiq edir. Siz milli lider olaraq qeyd-şərtsiz rəhbərlik istedadınız sayəsində ölkənizin iqtisadi inkişafının effektiv modelini həyata keçirərək, beynəlxalq arenada Azərbaycan dövlətinin nüfuzunu möhkəmləndirmisiniz. 
Hakimiyyətdə olduğunuz illərdə Azərbaycan Respublikası surətli inkişaf yolu keçib, regionun lider, dünyanın isə nüfuzlu dövlətinə çevrilib. Xəzər regionunda və türk dünyasında sabitlik və inkişafın qorunmasına mühüm töhfələriniz xüsusi qeyd olunmalıdır. Biz əminik ki, Zati-alinizin rəhbərliyi altında Azərbaycan Respublikası şübhəsiz ki, dövlət quruculuğunun bütün sahələrində yeni uğurlar qazanacaq. 
Sizi bir daha səmimi qəlbdən təbrik edir, yorulmaz dövlət fəaliyyətində uğurlar, cansağlığı və rifah  arzulayıram! 
Dərin hörmətlə: Vüqar Oruc, TDQB-nin prezidentinin səlahiyyətlərini icra edən və vitse-prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri
Qeyd edək ki, Türk Dövlətləri Qiymətləndiricilər Birliyi (TDQB) Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın tamhüquqlu, Türkmənistanın və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ üzv kimi daxil olduğu birlikdir. Hazırda birlikdə 1000-ə yaxın qiymətləndirmə şirkəti və 15000-dən çox qiymətləndirici təmsil olunur. / azxeber.com

Sosial       Tarix: 13 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gune olan xeberler son.xeber kriminal en son xeberler