Türk idmançıdan İlham Əliyevə anlamlı hədiyyə - FOTO

Türk idmançıdan İlham Əliyevə anlamlı hədiyyə - FOTOXəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər.
KONKRET.az xəbər verir ki, görüşdə maraqlı anlar yaşanıb.
Belə ki, Cansu Bektaşın İrəvanda qazandığı qızıl medal Azərbaycan Prezidentinə hədiyyə edilib.
Hədiyyəni Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü təqdim edib:
– Bizim də hədiyyələrimiz var, cənab Prezidentim, onları da verərdik. Hörmətli cənab Prezidentim. Bu, Ermənistanda qazandığımız ilk qızıl medallardan biridir. Cansu qızımızın ərməğan etdiyi medaldır. Bunu ölkəm, ağırlıqqaldırma qurumumuz və Cansu adından qəbul etməyinizi Sizdən xahiş edirəm.
Prezident İlham Əliyev: Çox təşəkkür edirəm, çox sağ olun.
Mehriban xanım Əliyeva: Çox sağ olun.
Talat Ünlü: Bu medal günün anlamı və önəmi üçün çox vacibdir. Bilirsiniz, orada Azərbaycan Bayrağına qarşı törədilən hücum hamımızı dərindən kədərləndirdi. Həmin gecə biz azərbaycanlı qardaşlarımızla birlikdə eyni hissləri yaşadıq. İndi də danışdıqca insanın tükləri biz-biz olur. Uşaqlarımız əzmkarlıq göstərdilər və gözəl nəticələr əldə etdilər. Allaha çox şükür. İnşallah, bundan sonra da birliyimiz, bərabərliyimiz, – hər zaman bunu söyləyirik, – iki dövlət, bir millət, amma birlikdə iri, diri və güclü olmalıyıq.
Prezident İlham Əliyev: İnşallah.
Mehriban xanım Əliyeva: İnşallah, amin.
Talat Ünlü: Bilirik ki, bizim Prezidentimizlə Siz qardaşsınız. Bu, bizim üçün çox önəmlidir. Bunu qəbul etməyinizi xahiş edirəm.
Prezident İlham Əliyev: Doğrudur. Çox sağ olun, təşəkkür edirəm. Bunu bizim idman muzeyində qoymalıyıq. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti simvoludur və bizim gənclərimizin yüksək keyfiyyətə malik olmasının təzahürüdür. Bax, ağır bir yarışda qazanılmış bu medalı bizim Cansu qızımız Azərbaycana ərməğan etdi. Sağ ol. Bütün Azərbaycan xalqı səni sevir, sən bilirsən, sizin hamınızı. Çox sağ olun.
Cansu Bektaş: Mən də onları çox sevirəm.
Türk idmançıdan İlham Əliyevə anlamlı hədiyyə - FOTO

Siyasi       Tarix: 29 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler en son xeberler bu gun bugunun xeberleri en son xeberleri