Türk ordusu yüzlərlə İran əsgərini MƏHV ETDİ
Suriyanın İdlib Gərginliyi Azaltma Bölgəsində Bəşər Əsəd rejiminin cəbhəsində döyüşərkən ölən İran dəstəkli terrorçu qruplaşmalara məxsus 34 nəfərin meyiti Deyr-əz-Zor şəhərində aparılıb.
xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun əmrindəki xarici terrorçu qruplaşmaların itkiləri artmaqda davam edir.
"Anadolu" agentliyinin yerli mənbələrdən əldə etdiyi məlumata görə, son 4 gündə onlarla yaralı İraq sərhədinə doğru aparılıb.
Bununla belə, Əsəd rejimi və dəstəkçilərinin İdlib bölgəsində hücuma keçməsi ilə birlikdə Suriyadakı türbələri ziyarət adı altında sərhədi keçən yüzlərlə insan İdlibdə rejim cəbhəsində savaşan qruplaşmalara daxil olub.
Qeyd edək ki, ötən həftə 100 terrorçunun cəsədi Deyr-əz-Zora aparılmışdı.
Rejim gəncləri girov götürür
Suriya müxalifləri ilə döyüşlərdə ciddi itkilər verən rejim qüvvələri cəbhəsini gücləndirmək üçün Deyr-əz-Zor və ətraf ərazilərindəki gəncləri qarşıdurma bölgələrinə göndərmək üçün müşahidə məntəqələrinə girov saxlayır.
İran dəstəkli qrupların Suriyadakı varlığı
Suriyadakı vətəndaş müharibəsində rejimin quru qoşunları vəziyyətinə gələn xarici terror təşkilatları ən çox İraq sərhədində fəaliyyət göstərir.
İran, İraq, Livan, Əfqanıstan və Pakistan əsilli terrorçu qruplara İran İslam İnqilabı Keşikçiləri Korpusu rəhbərlik edir.
Hazırda İran İslam İnqilabı Keşikçiləri Korpusu, Nücəba Hərəkatı, Bakir Tuqayı, 104-cü Tuqay və 4-cü Firqəyə bağlı Qays qüvvələrindən ibarət hərbi ünsürlər İdlib və Hələbdə rejim cəbhəsində döyüşür.
Zümrüd /publika.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi