Türk SİHA-ları HƏRƏKƏTƏ KEÇDİ: "Təlimat Ankaradan gəlib" - VİDEO
Azezdə PKK/PYD/YPG terror təşkilatının hücumları zamanı iki polisin şəhid olması Türkiyənin səbr kasasını daşdıran son damla oldu.
Publika.az xəbər verir ki, bu barədə "Haber 7" məlumat yayıb.
Bildirilib ki, bu hücumlar PKK işğalında olan Münbiç, Tel-Rıfat, Ayn İsa və Tel-Halafdan edilib. Qeyd edilib ki, ABŞ və Rusiya bu əraziləri bolşadacaqlarına söz veriblər.
Ərdoğandan əməliyyat siqnalı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kabinetin toplantısından sonra Beştəpədə çıxış edən zaman Suriyadan hücumların artdığını və onları aradan qaldırmaqda qərarlı olduqlarını söylədi.
Bu açıqlamadan sonra "Türkiyə Suriyada yeni əməliyyata hazırlaşır" iddiası gündəmə gəldi.
Your browser doesnt support video.
Please download the file: video/mp4
Ötən cümə namazından sonra yenidən çıxış edən Türkiyə lideri bəyan etdi:
"PKK/YPG Suriyanın şimalında aktivləşir. Səbrimiz müəyyən yerə qədər davam etdi və sonda 2 polis əməkdaşımız şəhid oldu. Zaman-zaman şəhid olan mülki vətəndaşları görürük. Bütün bunlara qarşı mübarizəmiz çox fərqli şəkildə davam edəcək. Terror təşkilatlarına, ABŞ-ın oradakı məlum qüvvələrinə və rejim qüvvələrinə qarşı mübarizə aparmaq əzmindəyik".
İngiltərənin "Reuters" xəbər agentliyinə danışan Türkiyə rəsmiləri də Silahlı Qüvvələrin və MİT-in hazırlaşdığını bildiriblər. Vurğulanıb ki, Rusiya və ABŞ ilə yürüdülən diplomatiyanın uğursuzluğa düçar olması halında Türkiyənin Suriyada terror təşkilatı PKK/YPG-yə qarşı yeni əməliyyata başlayacaq.
PUA-lar (İHA) PKK işğalında olan bölgələrdə fəaliyyət göstərir
Bu proseslərdən sonra Türkiyənin silahlı insansız uçuş aparatları (SİHA) Fıratın şərqində terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Qamışlı və Ayn el-Arab üzərində kəşfiyyat uçuşları həyata keçirməyə başlayıb.
"Əməliyat üçün əmr gəldi"
Suriya Milli Ordusunun (SMO) səhra komandirlərindən biri "Al Monitor"a verdiyi bəyanda bildirib:
"Ankara bir həftə əvvəl bizdən hərbi hazırlığımızı artırmağı xahiş etdi. Texnikaları hazırladıq, silahlarımızı yoxladıq. Ancaq əməliyyatın nə vaxt və harada olduğu hələ dəqiq deyil".
"Türkiyənin növbəti əməliyyatı yəqin ki, Tel-Rıfatda olacaq. Lakin rejim və rus əsgərlərinin varlığı səbəbindən bu asan olmayacaq. Türkiyə əməliyyata Ayn el-Arab-dan başlaya bilər, - mümkün əməliyyatın yeri ilə bağlı fikirlərini bölüşən komandir əlavə edib.
Hüseyn

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək