"Türkiyə-Azərbaycan bütün imkanlarını Zəngəzurun fəthi üzərində cəmləyəcək" - Erməni türkoloq
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində mətbuata verdiyi açıqlamada Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları barədə sualı cavablandırıb:
"Burada razılaşma ondan ibarətdir ki, 2025-ci ilə qədər Rusiya sülhməramlıları təyin olunmuş yerlərdə qalacaq. 2025-ci ildə Rusiya ərazini tərk edəcək. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram. Qardaşım İlham Əliyev də məsələni diqqətlə izləyir".
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyə liderinin bu açıqlamasına erməni türkoloq Varujan Qeqamyan öz feysbuk səhifəsində belə münasibət bildirib:
"Türkiyə və Azərbaycan 2025-ci ildə Rusiyanı Qarabağdan sıxışdırmağa nail olsa, bu, "Artsax" tarixinin son səhifəsini bağlayacaq. Bundan sonra Türkiyə-Azərbaycan bütün imkanlarını Zəngəzur və Dərələyəzin fəthi üzərində cəmləyəcək. Onlar son 2,5 il ərzində bu sahələrdə genişmiqyaslı addımlar atırlar".
Qeqamyanın sözlərinə görə, Ermənistan üçün 2025-ci il dönüş nöqtəsi olacaq:
"2025-ci il Ermənistan üçün dönüş nöqtəsi olacaq – ya faktiki türkyönlü hökuməti aradan götürüb tamhüquqlu yeni xarici və müdafiə strategiyası qurmaq mümkün olacaq, ya da fəlakət ən geridönməz nəticələrlə daha da pisləşəcək. 2025-ci ilə qədər 2,5 il qalıb. Əslində, daha az. Ermənistanın narahat vətəndaşları, xüsusən də məsul elitası dünəndən bu ağır işlə məşğul olmalı idi".
İqbal Rzayev,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi