Türkiyə Belarusla daha sıx əlaqələr quracaq – Qərbi qıcıqlandıran AÇIQLAMA
Belarus və Türkiyə siyasi dialoqu inkişaf etdirməyə hazırdır.
KONKRET.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Aleynikin Türkiyənin Minskdəki fövqəladə və səlahiyyətli səfiri Mustafa Özcan ilə diplomatik fəaliyyətinin başa çatması ilə bağlı görüşündə bildirilib.
"Görüş zamanı ikitərəfli gündəlikdəki cari məsələlər müzakirə olunub. Həmsöhbətlər siyasi dialoqu inkişaf etdirməyə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər, ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikasını qeyd ediblər, ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün gələcək addımları qeyd ediblər", – Belarus XİN-in mətbuat xidməti xəbər verir.
Yada salaq ki, Qərb dövlətlərinin Belarusa qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, Minsklə Ankara arasında siyasi və iqtisadi əlaqələr kəsilməyib. 2023-cü ilin payızında tərəflər iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasını keçirib. Sergey Aleynik bildirib ki, hər iki ölkənin biznes dairələri arasında sabit əlaqələr qorunur, işgüzar qarşılıqlı fəaliyyətin təkcə hökumətlərarası və idarələrarası səviyyədə deyil, həm də regionlararası əməkdaşlıq səviyyəsində daha da inkişafı üçün yaxşı zəmin mövcuddur.
Natiq Səlim,
KONKRET.az

Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı