Türkiyə bütün PLANLARI ALT-ÜST ETDİ: Rusiya və ABŞ buna məcbur qaldı
Türkiyənin hazırladığı yeni müharibə strategiyası ABŞ və Rusiyanın planlarını alt-üst edib.
Publika.az xəbər verir ki, "Bayraktar TB2"lərin Qarabağ, Donbas və Liviya bölgələrindəki nailiyyəti nəticəsində ABŞ və Rusiya hava müdafiə sistemini yeniləmək və ya yeni məhsullarını nümayiş etdirmək üçün addımlar atmağa başlayıb.
ABŞ və Rusiya yeni inkişaf edən silahlı pilotsuz uçuş aparatları texnologiyalarına qarşı müdafiəsiz qalıblar. Rusiya Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-larına qarşı müdafiəsiz qaldıqdan sonra "Pantsir" hava hücumundan müdafiə raket və artilleriya sistemini yeniləməyə başlayıb. ABŞ isə Arizona səhralarında PUA-lara qarşı hazırlanmış xüsusi hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirib.
Amerika ordusu tərəfindən kritik problem kimi qəbul edilən silahlı PUA-lar ənənəvi hava hücumundan müdafiə sistemləri ilə dəf edilə bilməz. Rusiyanın Donbas bölgəsində "Bayraktar TB2" PUA-larına qarşı hava sistemlərindən istifadə edilməsi və xərclərin daha da artırılması ABŞ ordusunda müzakirə olunur.
"Ölkələr kompleks, sinxron hücumlar həyata keçirmək üçün PUA-lardan istifadə edə biləcəklərini nümayiş etdirdilər ki, bu da hərbi və mülki obyektlər üçün artan təhlükənin aradan qaldırılmasını getdikcə daha vacib edir" - ABŞ rəsmisi bildirib.
Akqabay
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək