"Türkiyə eyni anda ABŞ və kollektiv Qərblə qarşıdurmada ola bilməz" - Ankaranın İsveçə "hə" deməsi nəyi dəyişəcək?

Türkiyənin İsveçin NATO-nun 32-ci üzvlüyünə "hə" deməsi dünya gündəminin ən çox müzakirə edilən mövzusuna çevrilib. Beləliklə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüsdə keçiriləcək sammiti ərəfəsində alyansın baş katibi Jens Stoltenberq və İsveçin Baş naziri Ulf Kristersson ilə keçirdiyi üçtərəfli görüşdə Stokholmun NATO-ya üzvlüyünə razılıq verib. Türkiyə Parlamentinin bu qərarı ratifikasiya edəcəyi gözlənilir. Belə bir məqamda Türkiyənin bu qərardan nə qazanacağı, yaxud Rusiya ilə münasibətlərinin necə olacağı və İsveçin PKK məsələsində Ankaranı dəstəkləyib-dəstəkləməyəcəyi sual doğurur.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Türkiyənin İsveçin NATO üzvülüyünə qəbuluna icazə verəcəyi gözlənilən idi:
"Sadəcə olaraq rəsmi Ankara bu məsələdə özü üçün güzəştlər əldə etmək istədi. İsveçin Türkiyənin Avropa Birliyinə qəbul olunması məsələsinə dəstək verməsi, PKK terrorçuları ilə mübarizədə rəsmi Ankaranın yanında olması kimi məsələləri qeyd edə bilərik. Hesab edirəm ki, Türkiyə istər ABŞ, istər NATO, istərsə də İsveçdən bu məsələlərdə müəyyən güzəştlər alıb. Təbii ki, Türkiyə eyni anda ABŞ, kollektiv Qərb və digər böyük ölkələrlə mübarizədə və qarşıdurmada ola bilməz. Amma Qərb-Rusiya qarşıdurmasında özünə maksimum dividentlər qazanmağa çalışır və buna nail olur".
Türkiyə-Rusiya münasibətlərinə toxunan politoloq İsveçin NATO-ya üzvülüyünün tərəflərin münasibətlərinə xələl gətirməyəcəyini vurğulayıb:
"Azov komandirlərinin təhvil verilməsi belə Türkiyə-Rusiya münasibətlərinə heç bir xələl gətirmədi. Bu oyunda gedişlər olduqca böyükdür. Hazırda Türkiyə və Rusiya bir-birinə çox böyük ehtiyac duyur. Ona görə də, hansısa kiçik addımlar ümumi münasibətlərə ziyan gətirmir. Çünki bu, Türkiyə və Rusiyanın maraqlarına ziddir. İsveçin NATO-ya üzv qəbul olunmasının Rusiyaya heç bir təhlükəsi yoxdur. Hətta İsveç və Rusiyanın bir-biri ilə sərhədi mövcud deyil, amma Finlandiya ilə bu sərhədlər var. Odur ki, Finlandiya NATO-ya qəbul olunanda Rusiya bunu normal qarşıladısa, İsveçə də eyni reaksiyanı sərgiləyəcək".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 12 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:


yeni xeberler son xeberler azerbaycan xeberleri axsam az xeberler bu gunun xeberleri bugun xeberler axsam.az xeberler