Türkiyə Mərkəzi Bankının ehtiyatları 28 milyard dollar azaldı
Türkiyə Mərkəzi Bankının (TCMB) ümumi ehtiyatları ötən həftə 3,1 milyard dollar azalaraq 98,5 milyard dollara düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə TCMB məlumat yayıb.
Məlumatda qeyd edilir ki, son 2,5 ayda bankın cəmi ehtiyatlarında 28 milyard dollar azalma müşahidə olunub. Xalis ehtiyat isə seçkidən bir həftə əvvəl 4,4 milyard dollar geriləyib. Beləliklə, xalis ehtiyatda tarixdə ən aşağı səviyyə qeydə alınıb.
Svoplar istisna olmaqla xalis ehtiyatlar pisləşməkdə davam edib. Belə ki, mayın 26-dan başlayan həftədə xalis ehtiyat mənfi 60,5 milyard dollar olub. Əvvəlki həftə bu rəqəm mənfi 60,3 milyard dollar olaraq qeydə alınıb.
Yerli rezidentlərin valyuta depozitləri isə 7 milyard dollar azalıb.
Ötən həftə yerli rezidentlərin xarici valyutada depozitlərinin sürətlə xaricə getməsi də diqqəti cəlb edib. Əvvəlki həftədə 183 milyard dollar olan xarici valyuta depozitləri mayın 26-sı bitən həftədə 176 milyard dollara düşüb.
Fiziki şəxslərin xarici valyutada depozitləri əvvəlki həftə ilə müqayisədə 3,9 milyard dollar azalaraq 105,8 milyard dollar, hüquqi şəxslərin xarici valyutada depozitləri isə 3 milyard dollar azalaraq 70,3 milyard dollar olub.//Qafqazinfo
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır