Türkiyə Milli Müdafiə Universitetinin professoru: 'Ermənistan ikiüzlülüyünə görə lazım olan cavabı alır

Türkiyə Milli Müdafiə Universitetinin professoru: 'Ermənistan ikiüzlülüyünə görə lazım olan cavabı alır"Ermənistan ikiüzlülüyünə görə Türkiyədən lazım olan cavabı alır. Görünən budur ki, şərti yerinə yetirilməyənə qədər Türkiyə Ermənistana hava məkanını açmayacaq".
Bunu "Report"un Ankara bürosuna Türkiyə Milli Müdafiə Universitetinin hərbi fakültəsi tarix kafedrasının müdiri, Azərbaycan professor İbrahim Ethem Atnur bildirib.
"Nemezis" terror təşkilatı üzvlərinin xatirəsinə İrəvanda abidə ucaldılmasından sonra Türkiyənin sərt reaksiya verərək Ermənistana hava məkanını bağlamasını şərh edən professor dövlətini bu qərarında haqlı hesab edir: "Nemezis" terror təşkilatının üzvləri 1920-22-ci illərdə Azərbaycandan Fətəli xan Xoyski, Behbud xan Cavanşir, Həsən bəy Ağayev, Türkiyədən Tələt paşa, Camal Azmi bəy, Said Halim Paşa və digər dövlət adamlarını vəhşiliklə qətlə yetiriblər. Ermənistan belə terrorçuların şərəfinə İrəvanda abidə ucaltmasından sonra Türkiyə əlbəttə hava məkanını Ermənistan üçün bağlamalı idi".
Professor deyib ki, o dönəmlərdə "demokratiya"nı müdafiə edən dövlətlərin gözü önündə bu qətliamları törədənlər heç bir cəza almayıb: "İnsanlıq tarixinə qara ləkə olaraq keçən bu hadisələrin iştirakçılarının bir neçəsi İstanbulda və ya Berlində guya mühakimə ediliblər və sonradan bəraət alıblar. Bu terror təşkilatının davamçısı olan ASALA da dövlət adamlarımıza qarşı terror hərəkətlərini davam etdirib. Ona görə də "Nemezis" də, ASALA da Türkiyənin yaddaşında çox kirli və qanlı yeri olan təşkilatlar kimi qalıb".
Professor hesab edir ki, Qafqazda sülhün bərpası üçün atılan addımların əleyhinə hərəkət etməklə, Ermənistan əslində ilk növbədə özünə qarşı çıxır.
Qeyd edək ki, aprelin 25-də İrəvanda "Nemezis" terror əməliyyatına həsr olunan abidə ucaldıqdan sonra Türkiyənin hava məkanı Ermənistan təyyarələrinin üçüncü ölkələrə uçuşları üçün bağlanıb. / azxeber.com

Sosial       Tarix: 14 may 2023
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bugun hava durumu sonxeber